ABŞ-ın Çikaqo əmtəə birjası (Chicago Mercantile Exchange) Bitcoin üzrə fyuçers əməliyyatlarının açılacağını bəyan etmişdi. CME-nin veb saytına əsasən əməliyyatın ilk saatları ərzində 200-dən artıq 2018-ci ilin yanvar ayı tarixli müqavilə satın alınıb. 2018-ci ilin fevral ayı üçün 1, mart ayı üçün 2, iyun ayı üçün isə 4 ədəd müqavilə satılıb. Yanvar ayında sona çatan müqavilələrin ümumi əməliyyat həcmi xəbər yazıldığı zaman 655 olduğu bildirildi. Bundan əlavə, yanvar ayından etibarən bütün müqavilələr 20 min ABŞ dolları dəyərində satılır. Ancaq bu müqavilələrin yetərli qədər likvidliyə malik olmadığı qiyməti dəyişməz hala gətirir.