Etibarlı və riski daha az olan investisiya dedikdə ağlımıza ilk növbədə ev, torpaq və biznes məqsədli daşınmaz əmlak gəlir. Lakin təcrübə göstərir ki, hətta onları belə hazırda ideal investisiya hesab etmək olmaz. Ölkəmizdə məlum devalvasıyadan sonra bu üç kateqoriyadan olan investisiyaların bazar qiymətləri hələ də düşməkdə davam edir və yaxın gələcəkdə də əvvəlki qiymətlərə qayıtması qeyri real görünür. Bu səbəbdən mövcud şəraitdə yeni və innovativ investisiya hesab edilən kriptovalyutalara böyük tələbat var.
Kriptovalyuta – rəqəmsal valyutanın bir növüdür. Kriptovalyutalar birbaşa internet şəbəkəsində yaradılır və heç bir ölkənin maliyyə-valyuta sistemi ilə əlaqəli deyil. Əsas xarakteristikası: mərkəzləşdirilmiş nəzarət mexanizminin olmaması, inflasiyaya məruz qalmır, saxta emissiya xüsusiyyətinin qeyri-mümkün olması. Fiziki və hüquqi şəxslər bir-biri ilə bank və ya hər hansı vasitəçi olmadan, minimal komissiya xərci ödəməklə valyuta mübadiləsi edir. Kriptovalyutalar maliyyə sahəsində inqilabi yenilkdir və yaxın gələcəkdə ən ideal ödəniş vasitəsi olacağı qaçılmazdır.
Kriptovalyutalara artan maraqla paralel olaraq artıq real investiya qoymaq istəyənlərin sayı da kifayət qədər çoxdur. Sadəcə bir çox potensial investor əllərində nağd vəsait olsa belə bunu necə edəcəyini bilmir. Bu zaman aşağıdakı suallar yaranır:
- kriptovalyutanı hardan və necə almaq;
- investiya üçün konkret hansı kriptovalyutanı seçmək lazımdır;
- kriptovalyutanın qiymətinə təsir edən amillər və onların mübadilə edildiyi birjalar hansılardır.
Bu səbəbdən ümid edirəm ki, bu məqalə kriptovalyutalar ilə yaxından maraqlanan və bu sektora investiya etmək istəyənlər üçün dəyərli bir məlumat olacaq. Başlayaq!
Kriptovalyutaların pioneri sayılan bitcoin hazırda ən çox tələb olunan rəqəmsal valyutadır. Bitcoin-ə tələbin əsas göstəricisi isə onun istifadə və mübadilə imkanının digər kriptovalyutalara nisbətən daha çox olmasıdır. Buna misal olaraq, Yaponiyanın cari ilin aprel ayında bitcoin-i ölkə daxilində rəsmən ödəniş vasitəsi kimi qəbul etməsidir. Bu hələ başlanğıcdır çünki hələ də bir çox ölkələr bitcoin-i ciddi ödəmə vasitəsi kimi qəbul etmir və çirkli pulların yuyulmasına dəstək verəcəyini səbəb gətirərək istifadəsinə qadağa qoyur. Rusiya Federasiyasının Mərkəzi Bankı da 2016-cı ilin aprel ayına qədər belə düşünürdü lakin hazırda rəqəmsal valyutanın iqtisadiyyata inteqrasiya etməyə maraqlı olan ölkələr sırasındadır və bunun dövlət səviyyəsində leqallaşdırılması üçün ciddi araşdırmalar aparmaqdadır.
Bitcoin-in dünyada getdikcə daha çox populyarlaşmasına baxmayaraq ölkəmizdə cəmiyyətin böyük əksəriyyətinin hələ də ümimiyyətlə kriptovalyutalar haqqında məlumatı yoxdu. Azərbaycanda insanlar daha çox nəğd pulun istifadəsini üstün tutduqları üçün hələ də virtual valyutalardan istifadəyə psixoloji hazır deyil. Lakin buna baxmayaraq hazırda bitcoin və digər kriptovalyutalar barədə ciddi araşdırma apararaq real investisiya etmək istəyənlərin sayı da durmadan artmaqdadır. Bəs bunu necə etmək olar?
Bitcoi-ni onlayn almaq üçün 24 saat opertiv işləyən paxful.com, 24xbtc.com, bestchange.ru, 365cash.co, baksman.com, xchange.is, 24paybank.org,bankcomat.com, prostocash.com və s. kimi beynəlxalq mübadilə saytları mövcuddur. Advanced Cash, Perfect Money, Payeer, WebMoney, ePayments, OKPay, Яндекс.Деньги, Capitalist, Qiwi kimi məşhur elektron cüzdanlardan istifadə edərək həmin mübadilə saytlarından 7.5-10% komissya qarşılığında bitcoin və ya digər kriptovalyutaları birbaşa almaq mümükündür. Beynəlxalq elektron cüzdanlarına valyuta mədaxil etmək üçün iki üsul var: bank köçürməsi və beynəlxalq ödəniş kartlar. Azərbaycanda isə bununla bağlı iki əsas məhdudiyyət var:
- Mövcud qanunvericiliyə əsasən fiziki şəxslər bank vasitəsi ilə hüquqi şəxslərə (birjalar, elektron cüzdanlar) birbaşa pul köçürməsi edə bilmir.
- 01.01.2017 tarixdən etibarən beynəlxalq elektron cüzdanların hesabına yerli bankların verdiyi Master/Visa kartları ilə valyuta mədaxil edildiyi zaman 18% vergi tutulur. Kartla ödəniş zamanı bu qədər vergi tutlması kifayət qədər ciddi xərcdir. Baha başa gələn investisiya nəticədə rentabelliyə mənfi təsirini göstərir. Bu səbəbdən yerli investorlar minimum bank xərcləri ilə beynəlxalq elektron cüzdanlara ödənişlər etmək üçün Gürcüstan, Rusiya və Turkiyə banklarının kartlarına müraciət etməyə məcbur olurlar.
Beynəlxalq kriptovalyuta birjalarında hazırda 5000-dən çox coin (koin) mübadilə edilir. Bu kriptovalyutaların bazar kapitallaşması, hər bir vahidi üzrə qiyməti və sayı barədə məlumatlara www.coinmarketcap.com saytında baxmaq olar.
Kriptovalyutanın qiymətinə iki əsas amil təsir edir:
- Tələb və təklif amili. Bazarda tələb varsa qiymət də yüksək olacaq. Tələb isə o zaman yaranır ki, investorlar arasında kriptovalyutaya maraq və inam artır.
- Kriptovalyutanın çətinlik əmsalı. Kriptovalyutanın sayının məhdud olması hər bir yeni koinin “mayninq”-nin ondan öncəkinin əldə olunmasından daha çətin olması ilə əlaqədardır. Çətinlik artıqca koinin “maya dəyəri” də artır.
Kriptovalyuta birjaları: 2009-cu ildə ilk kriptovalyutanın yaranmasından sonra bazar iştirakçıları öz aralarında yeni valyutanın mübadiləsindən və məzzənə fəqrindən qazanmaq imkanlarını nəzərdən keçirməyə başladılar. Kriptovalyutaya tələbin artması ilə paralel olaraq 2011-ci ildən onların mübadiləsi üçün onlayn birjalar yaranmağa başladı. Kriptovalyuta birjaları – rəqəmsal pulların bir biri ilə mübadiləsi və ticarətini həyata keçirən elə platformalardır ki, burda həmçinin bu pulları real dünya valyutalarına mübadilə etmək mümkündür. Bu birjalar xüsusiyyətinə görə əsasən 2 yerə bölünür:
- Kriptovalyutanın real valyutaya mübadilə edildiyi birjalar
- Bitcoinlərin digər kriptavalyutalara mübadilə edildiyi birjalar
Hazırda 100-dən çox kirptovalyuta birjaları mövcuddur ki, onlardan populyarlığına və dövriyyəsinə görə ən iri birjalar aşağıdakılardır: Bittrex, Binance, Poloniex, Bitstam, Livecon, Coinbase, Gdax, Hitbtc, OkEx, Exmo, Cex.io, Bithumb, Huobi, Koinex, Kraken, YoBit, Liqui, Coinone, Korbit. Birjalar əlverişli interfeys, çox funksionallıq, mübadilə edilə bilən valyuta cütlüklərin sayı, komissiya haqqı və etibarlılığına görə bir birindən fərqlənirlər və bu xüsusiyyətlərinə görə də istifadəçilər bazası cəlb edirlər. Kriptobirjaların xidmətindən istifadə edən investorlar üçün 3 əsas risk var: birjanın iflası, birjaya xaker hücumu, birja inzibatçılarının fırıldaqçılığı. Birjalarda hər bir tranzaksiya üçün, həmçinin platformya hər hansı məbləğ mədaxil və ya məxaric edildikdə komissya tutulur.
Hesab edirəm ki, kriptovalyutalar – əsasən bitcoin investisiya kimi yaxın gələcəkdə (2-3 il) yüksək marjalı investisiya olacaq. Təbii ki, risklər də yüksəkdir və real proqnoz vermək çox çətindir. Bu səbəbdən investisiya etməzdən əvvəl özünüzdən daha təcrübəli insanlar ilə məsləhətləşin və ya risklərinizi minimallaşdırmaq üçün bu sahədə müstəqil araşdırmalar aparın. Bunun üçün internetdə kifayət qədər informasiya resursları tapmaq mümkündür. Odur ki, araşadırın, analiz edin və ən azı 1 bitcoin alıb minimum 3 il gözləyin. Sonda məsləhətim: öz seçiminizi vaxtında edin, hələ də gec deyil!
Kriptovalyutalara investisiya etmək istəyənlər üçün 7 tövsiyyə
Elnur Quliyev / Crypto Consulting MMC
[…] ♦ Kriptovalyuta: Yeni investisiya imkanları […]