Dekabrın 21-də şüşə qablarda soyuq çay və limonad istehsal edən Amerikanın The Long İsland İce Tea kompaniyası Nasdaq-ın saytında adını Long Blockchain Corpration-a dəyişdiyini elan etdi. Bu qərardan sonra kompaniyanın səhmlərinin dəyəri 200% artdı.
Long Blockchain Corp-də qeyd edir ki, blokçeyn texnologiyasının inkişafı “dünya bazarında fundamental dəyişikliyini” yaradır.
Qeyd etmək lazımdır ki, Long Blockchain Corp ilk kompaniya deyil, hansı ki, blokçeyin texnologiyası ilə bağlı eyforiyadan istifadə edərək səhmlərinin dəyərini artırır. 2017-ci ilin oktyabr ayında ingiltərənin On-line Plc şirkəti adına “blockchain” sözünü artırmaqla səhmlərinin dəyərini beş dəfə artırmağa müvəffəq olmuşdur.