Simferopldan olan gənc cütlük dünyanın ilk və ən bahalı kriptovalyutasıın şərəfinə doğulan yeni oğlan uşağına “Bitcoin” adını qoyub. Uşağın atası – Oleq, RİA Novosti xəbər agentliyinə müsahibəsində ailəsindəki hazırki maliyyə rifahının olmasına bitcoin-ə borclu olduğunu və buna görə də kriptosektora minnətdarlığını bildirmək üçün belə qərar verdiyini izah etdi. Gələcəkdə qızı olaçağı halda ona Daşa – Dash kriptovalyutasını şərəfinə, ikinci oğlu olarsa ona Satoşi adını – bitkoinin mifik yaradıcısı olan Satoşi Nakamutanın şərəfinə qoyacağını da indidən planlaşdırdığını bəyan etdi.
Rusiya vətəndaşı olan – Биткоин Олегович doğularkən üç kq olub və tam sağlamdır.