Milad bayramından sonra avro ucuzlaşa, lirə isə bahalaşa bilər

 

Milad bayramından sonra avro ucuzlaşa və lirə bahalaşa bilər. Neft qiymətləri isə dəyər qazanmaqda davam edir.

EUR. 

Dünya valyuta birjalarında EUR/USD valyuta cütlüyünün qiyməti 1.19$-ın altında ticarət etməkdədir. Məzənnə üzrə təhlillər isə qiymətin 1.1809$-a kimi ucuzlaşmaqla, eniş dalğasının 1.1707 və 1.1650$-a kimi davam edə biləcəyini göstərir.

Qeyd etmək lazımdır ki, beynəlxalq maliyye bazarlarında “Milad bayramı” ilə əlaqədar olaraq bazar ertəsi foreks maliyye alətlərinin ticarəti dayandırılmış olacaqdır.

GBP. 

GBP/USD qiyməti də 1.34$-ın altında ticarət olunmaqdadır. Məzənnə üzrə proqnozlarında güclü eniş dalğası gözləyən investorlar üçün isə 1.3308$-ın aşağı istiqamətdə qırılması önəmli əhəmiyyət kəsb edir. Məhz bundan sonra qiymət 1.3159$-a kimi 1% ucuzlaşa bilər.

TRY. 

Türkiyə bazarlarında isə USD/TRY məzənnəsinin 3.81TL-ni aşağı istiqamətdə qırdığının şahidi oluruq. Qiymət bu səviyyənin altında qaldıqca, 3.79 və 3.76TL-ə kimi də ucuzlaşa bilər.

OIL. 

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 65$-a kimi dəyər qazanıb. Qiymət 64$-ın üzərində möhkəmləndikcə, 66 və 68$-a kimi də dəyər qazana biləcəyi proqnozları güclənir.

GOLD. 

Əlvan metallar bazarlarında da qiymət 1276$-a (39.8 $/qram) kimi bahalaşıb və 1280$-a kimi də bahalaşarsa, artım dalğasının 1302$-a kimi dəyər qazanacağı proqnozlaşdırılır. Dünyada iqtisadi qeyri-müəyyənliklər qızıla olan tələbin də artmasına səbəb olur.

mənbə: investaz

Leave a Reply