“Forbes” jurnalı tərəfindən tərtib olunan “Biznes üçün ən yaxşı ölkələr – 2018” adlı reytinqdə Azərbaycan 70-ci yeri tutub.
2017-ci il üçün tərtib olunmuş reytinqdə isə Azərbaycan 64-cü yerdə idi.
Reytinq 153 ölkəni əhatə edir. Siyahı “Freedom House”, “Heritage Foundation”, “Property Rights Alliance”, “United Nations”, “Transparency International”, “World Bank Group” və “World Economic Forum” kimi təşkilatların məlumatları əsasında tərtib olunub.
Tərtibat zamanı 15 meyar nəzərə alınıb ki, bunların arasında iqtisadi mühit, innovasiyalar, özəl mülkiyyət, infrastruktur, vergi sistemi və başqalarını qeyd etmək olar.
Reytinqdə Gürcüstan 52, Türkiyə 56, Rusiya 58, Ermənistan 88-ci yerdə qərarlaşıb.
Reytinqin üzrə lider Böyük Britaniyadır. Ardınca Yeni Zelandiya, Niderland, İsveç, Kanada, Honkonq, Danimarka, İrlandiya, Sinqapur, İsveçrə kimi ölkələr reytinqdə yer alır. Reytinqinin ən sonuncu yerini Çad tutur.