Aleksey Moiseyev: Kriptovalyuta ticarətini leqallaşdırılmasını dəstəkləyirik

3652

  Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev bəyan etdi ki, maliyyə nazirliyi rəsmi birjalarda kriptovalyutaların ticarətinin leqallaşmasını dəstəkləyir. Müvafiq norma “Rəqəmsal maliyyə aktivləri haqqında” qanun layihəsində müəyyən ediləcək.

  Aleksey Moiseyev: “Hazırda İctimai Şurada müzakirələr davam edir. Biz kriptovalyutaların alqı-satqısını tam məhdudlaşdırmaq da istəmirik lakin müəyyən standartlar olmalıdır. Ümumi ideya odur ki, alqı-satqı prosesi rəsmi olaraq qeydiyyatdan keçmiş birjalarda həyata keçirilsin: hansı ki, bu zaman bütün əməliyyatlar deklarasiya olunmaqla leqallaşdırılmış olacaq. Lakin belə platformalar hələ ki, müəyyən edilməyib və hazırda ən aktiv müzakirələr bu mövzudadır”

Leave a Reply