Kriptovalyuta nədir?

riseofcrypto

    Pul – elə universal məhsuldur ki, onsuz heç bir müasir cəmiyyət keçinə bilməz. Zaman keçdikcə pulun özü də inkişaf edən texnoloji nəaliyyətlər sayəsində yeni və daha geniş imkanlara malik ödəniş vasitəsinə çevrilir. Bunlardan biri də kirptovalyutalardır. Kriptovalyutalara rəqəmsal iqtisadiyyatın bir məhsulu da demək olar. Bəs kriptovalyutaların mahiyyəti nədir, hansı üstünlükləri var, elektron pullardan fərqi nədən ibarətdir və necə istifadə etmək mümkündür?

     Kriptovalyuta – rəqəmsal valyutanın kriptoqrafiyaya əsaslanan bir növüdür. İnternet şəbəkəsinin qlobal xarater daşıdığı bir dövrdə kriptovalyutalar maliyyə sistemində innovativ bir yenilikdi və ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən optimal valyuta olacağı qaçılmazdır.

      Rəqəmsal ödənişlər üzrə ilk kriptoqrafik həll konsepsiyası alim-informatik David Chaum tərəfindən təklif edilmişdi. O, üçüncü bir şəxsin ödəniş məlumatlarını görmədiyi avtomatlaşdırılmış bir ödəniş sistemi yaratmaq üçün yeni bir kriptoqrafik yanaşmanı təsvir etdiyi “İzlənilməyən ödənişlər üçün kor imzalar” (Blind signatures for untraceable payments) adlı məqaləsini 1982-ci ildə dərc etmişdi. Bu məqalədə anonim rəqəmsal ödəniş sistemini izah edilirdi. David Chaum 1989-cu ildə “eCash” ticarət markası ilə DigiCash şirkətini yaratdı. DigiCash elektron ödəmə sistemi yaratmaq üçün ilk ciddi cəhd idi. ABŞ-da “eCash”-i mikro ödənişlər sistemi olaraq ilk dəfə sınaqdan keçirən bank Mark Twain oldu. Lakin bu layihə illər sonra uğursuzluqla nəticələndi. 1998-ci ildə kompüter mühəndisi və kriptoqraf Wei Da bitcoin-in ilk “qaralamsı” hesab edilən “b-money” layihəsini təqdim etsə də, bu layihə sona qədər realizə olunmadı. İnformatik-alim Nick Szabo isə 1998-ci ildə mərkəzləşdirilməmiş rəqəmsal valyuta üçün alqoritm  – “Bit Gold” layihəsini hazırlasa da real praktikada tətbiq edilmədi.

   Kriptovalyutanın əldə edilməsi prosesi – mayninq (mining) adlanır və bu zaman kriptoqrafiyadan istifadə olunduğundan valyuta sözünün əvvəlində “kripto” prefiksindən istifadə olunur. Kripto sözü yunan dilində olan “kruptos” sözündən yaranıb və mənası “sirr” deməkdir. Hər bir kriptovalyuta vahidi ingilis dilində – koin (coin) adlanır və koinlərin emissiyası yalnız qabaqcadan müəyyən olunmuş alqoritm əasasında məhdud sayda olur. Koinlərin hər birində şifrələnmiş informasiya mövcuddur və istənilən növ saxtakarlıqdan mühafizə olunur. Koinlərin şəbəkədə olmasını, onların üçotunu və hesabatlığının aparılmasını blockchain texnologiyası təmin edir. Bitcoin – 2009-cu ildə yaranan ilk və hazırda ən məşhur kriptovalyutadır.

        Kriptovalyuta hər hansı dövlətin siyasətindən, qanunlarından, pul vahidindən aslı deyil və heç bir qurum tərəfindən tənzimlənmir. Onun qiyməti bazarda tələb-təklif əsasında müəyyən olunur və digər ölkələrin valyutası (əsasən ABŞ dolları) ilə mövcud bazar məzzənəsi ilə mübadilə edilə bilir. Kriptovalyutanı istifadə etməyi heç kim məcbur və ya qadağa edə bilməz çünki rəqəmsal valyutaların dövriyyəsi internetdə baş verir və onlardan istifadə edənləri heç kim nəzarət etmir. Bəli, bu həqiqətən belədir.

what_cryptocurrency.png

     Sual yarana bilər ki, bəs kriptovalyutanın adi istifadə etdiyimiz elektron pullardan fəqri nədədir? Adi pulların elektron hesabda olması üçün ilk növbədə həmin pulu fiziki olaraq bank vasitəsilə hesaba qoymaq lazımdır. Yəni, pulun hesabda elektron görünüşü – sadəcə olaraq onun fiziki formasının elektron formadakı əksi deməkdir. Kriptovalyutanın isə fiziki analoqu yoxdur.

Elnur Quliyev.

       Kriptovalyutalar birbaşa internet şəbəkəsində yaradılır və heç bir ölkənin maliyyə-valyuta sistemi ilə əlaqəli deyil. Məsələn, ilk kriptovalyuta olan bitcoin – əsas xarakteristikaları: mərkəzləşdirilmiş nəzarət mexanizminin olmaması, inflasiyaya məruz qalmır, saxta emissiya xüsusiyyətinin qeyri-mümkün olması. Təsəvvür edin, insanlar bir-biri ilə bank və ya hər hansı digər üçüncü vasitəçi olmadan, qısa zaman ərzində və çox cüzi komissiya xərci ilə valyuta mübadiləsi edir. Bu konsepsiya maliyyə sahəsində inqilabi yenilkdir! Kriptovalyuta sənayesi hazırda ilkin inkişaf mərhələsindədir və yaxın gələcəkdə fiat pulları əvəz etmək kimi iddiası yoxdur. Bunun üçün qlobal və lokal səviyyədə müyyən qanunvericilik aktlarının qəbul edilməsi vacib şərtdir. Dövlətlər, beynəlxalq tənzimləyici qurumlar və iri maliyyə təşkilatları bu baxımdan tələsmirlər və rəqəmsal valyutaların imkanlarını, onların yarada biləcək riskləri araşdırırlar. Hələ ki, yalnız Salvador və Yaponiyada bitcoin ilə rəsmi ödəniş vasitəsi kimi istifadə etmək mümkündür. Bəzi ölkələr isə kriptovalyutaları rəsmi ödəniş vasitəsi kimi qəbul etməkdənsə özlərinin milli rəqəmsal valyutalarının yaradılmasının (məs: Çin – rəqəmsal yuan) daha effektli olacağını düşünür.

Müəllif:  Elnur Quliyev / Crypto Consulting MMC

Azərbaycanda kriptovalyuta üzrə təlim

Kriptovalyutalara investisiya etmək istəyənlər üçün 7 tövsiyyə

İnvestisiya üçün hansı kriptovalyutanı almaq lazımdır?

Azərbaycanda kriptovalyuta əməliyyatlarının vergiyə cəlb edilməsi mexanizmi

Bitcoin nədir?

Bitcoin haqqında maraqlı faktlar

Elnur Quliyev: Kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin

YouTube: Kriptovalyuta nədir? 

Leave a Reply