Facebook’da reklamın üstün cəhətləri

     Facebook hazırda sosial şəbəkə olmaqla yanaşı həm də nəhəng reklam platformasıdır. Və bu platforma özündə bir neçə üstün cəhəti birləşdirir ki, reklamverənlər üçün əvəzsiz imkanlar yaradır. Facebook-da reklamın 7 üstün cəhəti:

1. Ən ucuz reklam
Facebook-da reklam istənilən digər reklam kanalı ilə müqayisədə ən ucuzudur. Aşağıdakı infoqrafika beynəlxalq bir araşdırmanın nəticəsi olsa da ölkəmizdəki reklam qiymətləri aşağı-yuxarı buradakılarla eynidir. Reklamı 1000 nәfәrә göstərə bilmək üçün fərqli reklam kanallarında xərclənən pulun miqdarıdır. Facebook-un fərqi açıq-aşkardır.

advertising on facebook cost.jpg 1 - Facebook'da reklam verməyin 7 üstün cəhəti

2. “Native” reklam
Hazırda reklam dünyasındakı tendensiya “banner” reklamı dövründən “native”, bizim dildə desək “təbii” reklam dövrünə keçid edib. Facebook’un ana səhifədəsindəki statusları oxuyursan, 5 postdan biri sənin izləmədiyin, reklam səbəbilə sənin ana səhifəndə çıxan post olur. Amma sən çox vaxt onu hiss etmirsən. Marağını cəlb edirsə daxil olub ətraflı baxırsan, şərh yazırsan, linkə daxil olursan. Bu olur təbii reklam. Reklamverәn sənə hiss etdirmədən reklamını sənə göstərir. Amma televiziyada baxdığın verilişin ortasında aparıcı fasilə edib, “indi isə REKLAMLAR” deyәndə sən nə edirsən? Durub mətbəxə keçirsən ki, çayını təzələyəsən.

3. İstədiyin formatda reklam
TV’də yalnız video formatında reklam etmək olar, metro platformasında, avtobusun üzərində şəkil formatında, radioda isə yalnız audio formatında reklam mümkündür. Amma Facebook’da sən həm mətn, həm şəkil, həm audio, də video formatında reklam yarada bilirsən, üstәlik bunların hamısını eyni vaxtda vә ya әksinә, müәyyәn ardıcıllıqla vahid bir platformada edirsәn.

4. Reklamın hər yerdə
Facebook indi hər kəsin evində yox, hәtta hər kəsin cibindədir. Ölkәdә olan 1,6 milyon Facebook istifadәçisinin 1,3 milyonu hәm dә mobil cihazlardan Facebook’a daxil olur. Bu, 1,3 milyon potensial insanın sizin reklamı cibindә gәzdirmәsi demәkdir. Yәni hәtta kompüter olmayan evdә belә, sizin reklamı görә bilәrlәr.

5. Bakı ya Paris, fәrqi yoxdur
Deyәk ki, Bakıda yox, Parisdә reklam vermәk istәyirsәn, bunun üçün hansı prosedurlardan keçmәli olduğunu düşün. Reklamının yayımlanmağa başlaması bir neçә gün çәkә bilәr. Facebookda isә Bakı auditoriyası üçün sәrf etdiyin vaxtı sәrf etmәklә Paris auditoriyası üçün dә reklam yerlәşdirә bilirsәn.
Vә yaxud, sәnin Әhmәdlidә mağazan var, xәritәdә mağazanın yerlәşdiyi nöqtәni seçib, mağazanın olduğu yerdәn 100 metr vә ya 1 km radiusda yaşayan insanlara reklamını göstәrә bilәrsәn.

6. İstədiyin auditoriyanı seçə bilmək
Reklam işini gördüyüm şirkәtlәrdәn birinin mәhsulu spesifik, hәmçinin bahalı idi. Mәqsәd Facebookda onu ala bilәcәk kütlәyә çatmaq lazım idi. Vә biz bunun öhdәsindәn gәldik. Reklam kampaniyası cәmi 2000 nәfәrә çatdı, amma bu, hәmin şirkәtin istәdiyi 2000 nәfәr idi: yaşı 30dan çox olan, ailәli, iPhone 6 vә 6 Plus işlәdәn kişilәr. Bizә cәmi 10 müştәri lazım idi vә 5 günә hәmin müştәrini Facebook gәtirdi. Şirkәt reklama xәrclәdiyi pulun 9 qatı qәdәr gәlir әldә etdi. Bәli, Facebook sizә bu imkanı verir. Reklam modulunun tәqdim etdiyi filterlәmә alәtlәrilә yüzdәn çox seqmentasiya kombinasıyası yaratmaq mümkündür.

7. İstədiyin vaxt reklamda dəyişiklik etmək imkanı
TV’dә, avtobusda vә ya bilbordda verdiyin bir reklam çarxında hansısa uyğunsuzluq olduğunu aşkarladın, onu dәyişmәk üçün kifayət qәdәr vaxt vә bәzi hallarda pul sәrf etmәlisәn. Facebookda isә elә bir hal aşkarlasan reklamı hәmin an dayandıra bilәr vә ya dәyişiklik edib yenidәn davam etdirә bilәrsәn.

     Facebook’un bu və digər saysız üstünlükləri onu əvəzedilməz reklam platformasına çevirir. Odur ki, hansısa məhsulunuzu və ya xidmətinizi düşünmədən Facebook reklamı vasitəsilə tanıtmağa başlaya bilərsiniz. Amma bir məsələ var ki, hər işdə olduğu kimi Facebook’da reklam yaratmaq təcrübə tələb edir. Reklamı yaratmaq asandır, lakin sənin məhsuluna 1000 nəfərin baxması üçün sənin büdcəndən 50 dollar gedəcək, yoxsa 5 dollar, bu artıq təcrübə gərəkdirən işdir.

Facebook-reklamciligi

Facebook’da reklamın qiyməti 59% bahalaşıb

    Facebook platformasına reklam yerləşdirənlər üçün əsas maraqlı mövzu – reklam qiymətləri barədədir. Sosial şəbəkələrdə standart reklam qiymətləri yoxdur, siz “manual” olaraq stabil qiymət təyin edə bilərsiniz lakin o qiymətlər də bazardakı tələb-təkliflə formalaşır. Yəni sizin reklam verdiyiniz auditoriya üçün reklamverələrin sayı azdırsa, həmçinin reklam verdiyiniz auditoriyanın aktivliyi çoxdursa o zaman sizin reklamınızın qiyməti azalacaq. Yox əksinə,  sizin reklam verdiyiniz auditoriya üçün reklamverələrin sayı çoxdursa, həmçinin reklam verdiyiniz auditoriyanın aktivliyi aşağıdırsa o zaman sizin reklamınızın qiyməti bahalaşacaq. Buraya həmçinin reklam verdiyiniz günlər, saatlar, hətta fəsil və s. rol oynayır.

      Facebook reklam gəlirlərini artırmaq üçün zaman keçdikcə səhifə paylaşımlarını daha az adama göstərir. Həmçinin digər tərəfdən reklamverənlərin sayı artdığından hər keçən gün reklam yeri uğrunda mübarizə də artır. Buna görə (həmçinin ola bilər Facebook-un süni müdaxilələri nəticəsində) reklam qiymətləri artmağa davam edir.

    Socialbakers.com qurucusu Jan Rezab-ın açıqlamasına görə son bir ildə Facebook reklamlarının ortalama qiyməti 35% artıb. Əlavə olaraq da Azərbaycanda 2017-ci ildən başlayaraq Facebook reklamlarına 18% vergi çıxılır. Bu o deməkdir ki, azərbaycanlı səhifə sahibi üçün reklam xərcləri son bir ildə 59% artıb.

    Facebook hələ də bir çox biznes (xüsusən kiçik və orta) sahibləri üçün ən əlverişli marketinq kanallarından biridir. Bu halda 59%-lik bahalaşmaya qarşı 2018-ci ildə necə effektiv fəaliyyət göstərmək olar? Bunun üçün önümüzdəki il edilməli olan ən əsas addımlardan biri məzmunun (kontent) keyfiyyətini artırmaqdır. Burada söhbət həm texniki, həm də mövzu baxımından gedir. Bir şeyi yadda saxlamaq lazımdır ki, sosial media və eləcə də sosial medianın qaydaları çox tez dəyişir. 3-4 il qabaq biz yolaver bir post paylaşıb nəticə əldə bilərdik, çünki həmin vaxt bizim səhifəmizin olması və orada paylaşımlar etməyimiz uğur sayıla bilərdi amma hazırda bizim kimi bizim rəqiblərimizin də səhifəsi var, onlar da paylaşım edir, onlar da reklama pul qoyur. Yəni bizim etdiklərimizi edənlər artıq həddən artıq çoxdur və bu mübarizədə ən effektiv yollardan biri fərqli, diqqətçəkən kontent hazırlamaqdır. Belə olduqda sizi yadda saxlayırlar, sizi izləyirlər. O auditoriyanı necə idarə edəcəksiniz, o ikinci məsələdir.

 

Mənbə: Orkhanrza.com

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma