Çin İCO qadağasını ləğv edə bilər

0_BBbq2h0DPvRGdBt0

      Çin Xalq Universitetinin Hüquq Məktəbinin vitse-prezidenti Yan Dong blokçeyn mövzusunda aid konfransda çıxışı zamanı qeyd edib ki, hökümətdə hazırda İCO və  kriptovalyutaların tənzimlənməsi ilə bağlı yeni qanunvericilik hazırlanır və artıq 2018-ci ildə qüvvəyə minəcək. Onun fikrincə 2017-ci ildə İCO və kriptovalyutalar üçün ciddi qaydaların tətbiqi bazarı saxta layihlərdən təmizləmək və əlverişli tənzimləyici iqlim yaratmaq üçün zəruri tədbir idi. Yaxşı layihlər isə hüquqi müstəvidə işləmək imkanı əldə edəcək ki, bununla da riskləri tənzimləmək mümkün olacaq.

Y.Dong: “Çin Qiymətli Kağızlar Komissiyası kraudfandinq yolu ilə vəsait toplamaq üçün pilot proqrama başlayacaq ki, bu da İCO-ların leqal olmasını təmin edəcək”.

Xatırladaq ki, 2017-ci ilin sentyabrında Çin hökuməti ölkə ərazisində İCO-lara qadağan etmişdi.

 

İCO nədir?

Leave a Reply