Cənubi Koreya məhkəməsi ilk dəfə olaraq bitkoinin iqtisadi dəyərinin olduğunu qəbul etdi. İqtisadi dəyərinin olduğuna görə də bitkoini müsadirə etmək olar. Belə qərar 191 bitkoinin müsadirə iddiası baxımından Suvon Rayon Məhkəməsi tərəfindən qəbul edilib.
2017-ci ilin may ayında koreya polisi 1.2 mln istifadəçisi olan qeyri qanuni fəaliyyət göstərən pornoqrafik saytın adminlərini həbs etmişdi. Həbs zamanı şirkətin elektron cüzdanından saytın müştərilərində ödəniş qismində mədaxil olunan 216 bitkoin müsadirə edilmişdi. Sentyabr ayında keçirilən məhkəmə zamanı bitkoinlərin iqtisadi dəyəri olmadığına görə müsadirə etmək mümkün olmayacağı barədə qarar verilmişdi. Həmin vaxt məhkəmə nümayəndəsinin açıqlamasına əsaəsən belə qərar ona görə verilib ki, bitkoin yalniz elektron formada movcuddur və fiziki analoqu yoxdur. Lakin dekabr ayında prokuror məhkəməyə bir daha müraciət edərək bitkoinləri müsadirə etməyi tələb edib. Nəticədə istəyinə nail oldu.
Məhkəmə qərarından sitat: Bitkoini birjada satmaqla fiat pullara dəyişmək mümkündü. Həmçinin bitkoini mağazada ödəniş vasitəsi kimi istifadə etmək olar. Beləliklə, onun iqtisadi dəyəri var”