Cənubi Koreyanın kriptobirjalarının 2017-ci ildə komissyadan daxil olan gəlirləri 700 milyard von (648 mlr dollar) olmuşdur. Bu rəqəm 2016-ci ildə 8 milyard von idi. Bir il ərzində bu göstəricidə 87 dəfə artım olub. Bu barədə məlumatı Yonhapnewes agentliyi Cənubi Koreyanın hakim partiyasının nümayəndəsi – Pak Kvanonun hesabatına istinadən derc edib.
Kvanonun hesabatında qeyd edilir ki, ölkənin ən iri kriptobirjası olan Upbit ümumi kriptovalyuta dövriyyəsinin 52.9%-ni təşkil edir. Reytinqdə sonrakı yerləri Bithumb, Korbit və Coinone birjaları tutur. Birjaların 2017-ci ildə komissya gəlirləri:
Upbit – 194.3 mlrd von (182 mln usd), Bithumb – 317.7 mlrd von (297 mln usd), Korbit – 67 mlrd von (62 mln usd), Coinone – 78.1 mlrd von (73 mln usd).
Xatırladaq ki, 2018-ci ilin yanvar ayının sonunda Cənubi Koreyanın maliyyə naziri Kim Don En açıqlama verərərk bildirmişdi ki, hökumətin kriptovalyuta bazarını qadağan etmək fikri yoxdu və söhbət sadəcə tənzimləmədən gedə bilər.