Elon Musk bitcoinlərinin sayını açıqladı

     Xakerlər son zamanlar twitter-istifadəçilərini aldatmaq üçün yeni üsüldan istifadə edirlər: hər hansı tanınmış şəxsin tvitinə cavab olaraq xakerlər həmin şəxsin saxta profilində “qeyd edilən adresə 0.5-1 ETH göndərən izləyicilərimdən birinə 5000 ETH göndəriləcək” status paylaşırlar. Beləcə minlərcə izləyici buna inanaraq fikirləşmədən izlədikləri “tanınmışların” hesabına kriptovalyutalar göndərirlər.

skrin

Bu dəfə xakerlər həmin sxemi Elon Musk-ın Falkon proyekti ilə bağlı twitter hesabında məlumat paylaşarkən istifadə etmək istədilər. Bloomber-ə görə 2017-ci ildə dünyada 50 ən tanınmış şəxslərindən biri olan Elon Musk dərhal bu məlumatı təkzib etdi. O qeyd edib ki, heç bir kriptovalyutası yoxdur və yalnız dostunun ona illər öncə göndərdiyi 0.25 bitkoinə sahibdir.

elon musk

Leave a Reply