Putin: Rəqəmsal iqtisadiyyatın inkişafı vacibdir

330e858756e73d655af09984b294c48b     Vladimir Putin Sberbankın sədri German Qref ilə görüşdə rəqəmsal iqtisadiyyat və blokçeyn texnologiyasının inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.

German Qref bildirib ki, Rusiyanın hazırda blokçeyn sənayesi üçün təlim keçmiş ixtisaslı kadrlara ehtiyacı var. Sberbankın sədri inniovativ texnologiyaları təşviq etmək üçün kripto sektoru qadağan etməklə deyil sadəcə “həssas” tənzimlənməlidir deyib. Sberbank ötən ilin dekabrında Rusiyanın Federal Antiinhisar Xidməti (FAS) ilə əməkdaşlıq çərçivəsində sənədlərin köçürülməsi və saxlanması sistemlərinə blokçeyn texnologiyasını tətbiq etmişdir. Bank yaxın zamanda İsveçrədə kriptovalyuta birjası açacağı bildirildi.

     V. Putin: “Daş dövrü daşların qurtardığına görə bitməyib. Ona görə bitib ki, yeni texnologiyalar meydana çıxdı. Texnoloji sektorun inkişafı üçün Rusiya intelektual bazaya malikdir. Biz gələcəkdə inkişafı təmin etmək üçün bu faktordan maksimum istifadə etməliyik”.

119

Leave a Reply