Wirex Avropa Birliyi vətəndaşları üçün VISA debet kartlarını təqdim etdi

wirex-640x580  Martın 8-i “kriptovalyuta bankı” Wirex Avropa Birliyi daxilindəki müşətriləri üçün yeni kriptovalyuta VISA debet kartını təqdim edəcəyini elan etdi. Yeni nəsil Wirex kartları GBP, EUR, USD, BTC kimi multivalyuta hesablarını, həmçinin kontaksız ödəmə metodlarını dəstəkləyir ki, bu funksiya kriptovalyuta ilə ani alışları və rəqəmsal valyutaları birbaşa fiat pullara çevirməyi asanlaşdırır.

      Hal-hazırda Wirex Avropada hesablaşma zamanı kriptovalyuta hesabından birbaşa konvertasiya etməklə məxaric imkanı verən kart təqdim edən yeganə opertordu. Wirex-in icraçı direktoru Pavel Matveev: “Bizim şirkət Avropada bu tip kartlar təqdim edən yeganə təchizatçıdır. Mağazalardakı xərclər, malların internetdə alınması və bankomatlardan pul çıxarılması prosesi artıq daha rahat olacaq. Bu kartları dünyaya ilk dəfə biz təqdim etmişik və biz də ilk dəfə olaraq kriptovalyuta cüzdanlarının hesabını Visa debt kartları hesablarına inteqrasiya edəcəyik”.

      Yeni kartlar 8 martdan etibarən Böyük Britaniyada, martın 20-dən Fransa, Almaniya və İtaliyada, martın 27-dən isə digər AB ölkələri üçün əlçatan olacaq.

 

Elnur Quliyev

Leave a Reply