“Alphabet”in 2017-də gəliri 100 milyard dolları keçdi

Без названия  “Google”-nin da daxil olduğu və onun ana şirkəti sayılan Alphabet şirkətinin 2017-ci ilin dördüncü rübünün yekunlarına görə satışdan əldə etdiyi gəlir 32,3 milyard dollar təşkil etmişdir. Bu haqda ötən gün CNN agentliyi məlumat vermişdir. İl ərzində satışdan əldə etdiyi yekun gəlir isə 110 milyard dollara yaxınlaşmışdır. Bu isə şirkətin fəaliyyətə başladığı 20 illik tarixi ərzində ən yüksək göstəricidir. Məlumatda qeyd olunur ki, yüksək gəlir internetdə reklamın uğurlu satışı sayəsində mümkün olmuşdur. Qeyd edək ki, 2016-cı ildə şirkətin satışdan əldə etdiyi yekun gəlir 90 milyard dollar olub.

alphabetvsgoogle    Məlumatda həmçinin bildirilir ki, holdinqin təmiz gəliri 2017-ci ilin üçüncü rübü ərzində 33% artaraq 6,73 milyard təşkil etmişdir. Gəliri isə 24% artaraq 27,7 milyard dollara çatmışdır. “Alphabet”in “Youtube”da axtarışın nəticəsini verərkən reklamdan əldə etdiyi təmiz gəlir rekord həddə çataraq 22,6% təşkil etmişdir. Bununla yanaşı holdinqin reklam olmayan sektorundan əldə etdiyi gəlirdə 40% artmışdır. Xüsusilə şirkət bulud texnologiyaları ilə bağlı servisləri aktiv inkişaf etdirir.

    Alphabet bəyan etmişdir ki, şirkətin uzun müddətdir direktorlar şurasının üzvü olmuş John Henessy Alphabetin sədri postunu qəbul edəcəkdir. Henesi bu postda Google şirkətinin keçmiş baş icraçı direktoru Eric Schmidt-i əvəz edəcəkdir. Cənab Şmidt hələ ötən ilin dekabrın sonunda öz postundan gedəcəyini bəyan etmişdir.

2015-ci ildə Amazonun illik satışdan əldə etdi gəlir 100 milyard dollar olduğu halda, onun bazardakı digər rəqibi Apple 100 milyard dollarlıq göstəriciyə 2011-ci ildə nail olmuşdur. Ümumiyyətlə “Alphabet”in satışdan əldə etdiyi gəlirinin öz tarixində maksimum göstəricisi onun törəmə şirkəti olan “Google”un satış biznesinin möhkəmlənməsıni sübut edir.

    eMarketer araşdırma firmasının hesabatında ötən il ABŞ-da rəqəmsal reklam bazarının 60%-dən çoxuna Google və “Facebook”un nəzarət etdikləri bildirilir. Alphabet “Google”un digər gəlirlərinin il ərzindəki satışından 15 milyard dollar gəlir əldə etmişdir. Buraya bulud xidmətlərinin satışı, Pixel smartfonları və Google Home kimi smart avadanlıq məhsullarının satışı daxildir. Qeyd edim ki, məlumatda “Alphabet”in Amazonun bulud xidmətindən (Amazon cloud business) və “Apple”in avadanlaq satışından (Apple hardware business) geri qaldığı bildirilir.

Google-Alphabet-subcompanies1

   Alphabet-in törəmə şirkəti Google bulud xidmətləri seqmentində öz rəqibləri Amazon və Microsoftdan geri qalmamaq üçün yeni strategiyası, okean altından kabel çəkmək planları haqqında 2 həftə bundan öncə bəyan etmişdir.

 

Mənbə: digitalazerbaijan.az/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma