Amerikanın daxili vergilər xidməti (İRS) vergi ödəyicilərinə bitcoin və ya digər kriptovalyuta gəlirləri barədə məlumatları illik gəlir deklorasiyasında bəyan etməli olduqlarını xatırladıb. Bu barədə məlumatı CoinDesk dərc edib.
İRS-in 23 martda nəşr edilən hesabatında qeyd edilib ki, kriptovalyuta əməliyyatları hər hansı digər əmlak növləri kimi deklarasiyada bəyan edilməlidir. Hesabata əsasən rəqəmsal valytutdan istidadə edilən ödənişlər informasiya hesabatının predmeti hesab edilir.
İRS xəbərdarlıq edib ki, kriptovalyuta əməliyyatlarının vergi nəticələrini düzgün şəkildə bəyan etməyən vergi ödəyiciləri audit proseduruna məruz qala bilər və zərurət yarandıqda cərimə olunmaqla bərabər inzibati məsuliyyətə cəlb edilə bilərlər. Bu zaman cəza vergidən yayınmaya görə 250.000 dollar cərimə və ya 5 ilədək həbsdir.