Dünyanın ən bahalı 8 rəsm əsəri:
1. Rəssam Leonardo Da Vinçinin 7 il ərzində çəkdiyi “Salvator Mundi” əsəri 2017-ci ildə Abu Dhabi Mədəniyyət və Turizm nazirliyi tərəfindən 450 milyon dollara alınıb. Əsər 1506-1513-cü illərdə Fransa kralı XII Lüdovik üçün çəkilib.
2. Rəssam Willem de Kooningin 1955-ci ildə çəkdiyi rəsm – “Interchange” 2015-ci ilin sentyabrında Kenneth C. Griffin tərəfindən 304 milyon dollara satın alınır.
3. Paul Cézannenin “The Card Players” əsəri 270 milyon dollara 2011-ci ildə Qatar əmirliyinə satılmışdır. Rəsm 1892-1893-cü illər arasında çəkilib.
4. Paul Gauguin 1892-ci ildə kətan üzərinə yağlı boya ilə çəkdiyi bu əsər – “Nafea Faa Ipoipo (When Will You Marry?)” 213 milyon dollara 2015-ci ildə Qətər Əmirliyi tərəfindən alınıb.
5. Jackson Pollockun “Number 17A” əsəri 203 milyon dollara 2015-ci ildə yuxarıda adını çəkdiyimiz imkanlı oğlan – Kenneth C. Griffin tərəfindən alınmışdı. Əsər 1948-ci ildə çəkilmişdir.
6. 1951-ci ildə Mark Rothko tərəfindən “No. 6 (Violet, Green and Red)” əsəri 2014-cü ildə 190 milyon dollara Dmitry Rybolovlev tərəfindən satın alınıb.
7. Rembrandt van Rijnin “Pendant portraits of Maerten Soolmans and Oopjen Coppit” əsəri 2015-ci ildə Rijksmuseum Louvre muzeyi tərəfindən 182 milyon dollara alınmışdır.
8. Pablo Picassonun 1955-ci ildə çəkdiyi “Les Femmes d’Alger (Version O)” əsəri 60 il sonra 2015-ci ildə qətərli siyasətçi Hamad bin Jassim bin Jaber Al Thani tərəfindən 181 milyon dollara alınmışdır.