Skype kriptobirjaların alternativinə çevrilir

001413    Kriptobazarın əsas oyunçuları birjadan kənar ticarət üçün Skype-ın messencer imkanlardan istifadə etməyə başlayıblar. Son bir neçə aydır alıcılar və satıcılar arasında belə bir alternativ kommunikasiya kanalından keçən məbləğlər daha da artmaqdadır.

  Bir qrup treyder və investorlar onlayn mübadilə platformaları və kriptovalyuta birjalarından istifadə etməkdən imtina edərək Skype-da qrup və ya videokonfrans formatında müzakirə edərək bank köçürmələri və elektron cüzdanlar vasitəsilə  kriptovalyuta mübadilələrini həyata keçirirlər. Birjadan kənar ticarət treyderlərə KYC (öz müştərini tanı) standartlarına uyğun sənədləri təqdim etməməyə imkan verir. Bu məqsədlə treyderlər online mesajlaşma və Skype-ın video platformasından getdikcə daha tez-tez istifadə edirlər. Skype bu cür ticarətin bütün tələblərinə cavab verən qlobal və sərfəli vasitədir.

      2017-ci ilin dekabr ayından başlayaraq birjalara kiber hücumlar, İCO üzrə fırıldaqçılıq faktları və maliyə-tənzimləyici orqanların qadağa tədbirləri əhəmiyyətli dərəcədə artmışdır. Bu isə son nəticədə təhlükəsizlik tələblərinin artırılmasına gətirib çıxardı. Kriptoinvestorlar hacker hücumlarına, yüksək mübadilə komissiyalarına və maliyyə orqanlarının müdaxilə etmələrinə qarşı alternativ bir müdafiə üsulu olaraq birjadan kənar ticarətdən istifadə etməyi daha tez-tez üstün tuturlar.

 

Elnur Quliyev

Leave a Reply