Bitcoinlər kimdə cəmləşir?

U5du7iANQhLvCUYnMgG2FWLyED87Vhj_1680x8400BitInfoCharts-ın statistik məlumatlarına əsasən hazırda mövcud 23 milyon bitcoin-cüzdanların 13 milyonunda bir rəqəmli bitcoin, 1500 cüzdanda 1.000-dən 10.000-ə qədər BTC, 111 cüzdanda isə 10.000-dən çox BTC saxlanılmaqdadır. Bundan əlavə indiyə qədər mayninq olunmuş bitcoinlərin 87%-i ümumilikdə bitcoin-cüzdan sahiblərinin 0.5%-nə məxsusdur. Hazırda dünyada ən iri bitcoin-cüzdanlardan hesab edilən (3D2oetdNuZUqQHPJmcMDDHYoqkyNVsFk9r) cüzdanında 163.133 bitkoin var. Ehtimal edilir ki, bu cüzdan Bitfinex birjasına məxsusdur. Ümumilkdə 100 bitkoin-cüzdanda saxlanılan bitkoinlərin dollar ekvilaneti 28.6 milyard dollara bərabərdir. Bu cüzdanların böyük əksəriyyətində bitkoinlər tərpənməz olaraq qalmaqdadır və  heç bir əməliyyat aparılmır. Belə cüzdanları “yatmış cüzdanlar” adlandırırlar. Digital Trends  hesab edir ki, bu cüzdan sahiblərinin bir qismi bitcoinlərini üzünmüddətli mövqədə saxlamaq istəyənlərindi. Digər qismi isə parolları unudulmuş və ya hər hansı digər səbəblərdən itgin düşən bitcoin-cüzdanlardı.

    2017-ci ildən başlayaraq bitcoinlərin sayı artdığı cüzdan sahibləri kripto bazarda getdikcə daha böyük təsir qüvvəsinə malik olurlar. Əgər onlar bitcoinlərini nəğdləşdirməyi qərara alsalar, bu son nəticədə bazarda qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olacaq və kiçik investorlar bundan uduzacaqdırlar. Bu risk həmişə var.

     Buna misal olaraq Rodjer Verin bazarda bitcoin-in qiymətinə təsir etmək üçün 25.000 bitkoini Bitfinex birjasında satışa çıxarmasını göstərmək olar. O, həmçinin Bitcoin Cash-in qiymətini qaldırmaq üçün bitcoin-in gələcəyi ilə bağlı neqativ proqnozlar da vermişdi ki, bu bazara öz mənfi təsirini göstərməyə bilməzdi. Bəzi bitcoin sahibləri öz aktivlərini Bitcoin Cash-ə konvertasiya etdilər və nəticədə bitcoin-in qiymətə birbaşa təsiri oldu.

Elnur Quliyev

Leave a Reply