İspan bankı ilk dəfə olaraq Blockchain əsasında kredit verdi

    İspaniyanın ikinci ən böyük bankı olan Banco Bilbao Vizcaya Argentaria (BBVA), dünyada blockchain texnologiyasından istifadə edərək kredit verən ilk qlobal bank oldu. Financial Times-ın verdiyi məlumta əsasən bankın korporativ müştərilərindən birinə 75 milyon avro kredit verilmişdir. Kreditin şərtlərinin müzakirəsindən kredit müqaviləsinin imzalanmasına qədər olan bütün prosedurlar blokçeyn texnologiyası əsasında aparılıb.

  spanish-bbva1-700x501.jpg BBVA-nın icraçı direktoru Carlos Torres Vila bank sistemində blokçeynin istifadəsi ilə bağlı optimistliyini ifadə edərək və yeni texnologiyanın kredit müqaviləsinin bağlanma müddətini bir neçə gündən bir neçə saata qədər qısaltmağa imkan verdiyini qeyd edib.

    Carlos Torres Vila: “Blokçeyn texnologiyası korporativ kredit bazarında bütün tərəflər üçün səmərəlilik, şəffaflıq və təhlükəsizlik baxımından müəyyən üstünlüklər yarada bilər. Bu, bizim bankımızın strategiyasında prioritet olan maliyyə xidmətlərinin səmərəliliyinin artırılması üçün rəqəmsal texnologiyaların necə istifadə olacağının bir nümunəsidir”

   BBVA yeni texnologiya ilə işləməyin əsaslarını öyrədən və gələcəkdə baş verən dəyişikliklərə hazır olmaq üçün bankdaxili blokçeyn akademiyasını qurmağı planlaşdırır.

 

Elnur Quliyev

Crypto Consulting

 

Leave a Reply