Bloomberg analitikləri Tesla şirkətinin heç də yaxşı olmayan vəziyyəti haqqında fikirlərini bildiriblər. Onlar bildiriblər ki, artıq uzun müddətdir ki, şirkətin gəlirləri vəsait itkilərini qarşılamır. Buna görə də 2018-ci ilin sonuna kimi Tesla şirkətini investisiya çatışmamazlığı ucbatından müflisləşə bilər. Bloomberg-in hesablamalarına görə Tesla Motors hər dəqiqə 8 min dollar vəsait itirir ki, bir saata bu məbləğ 480 min dollar təşkil edir. Son 5 rüb Tesla şirkəti üçün vəsait itkisi ilə nəticələndi. 2017-ci il isə ümumilikdə 3.4 milyard dollar vəsait itkisi və 9.4 milyard dollarlıq borc ilə başa vuruldu. 2017-ci ilin sentyabr ayında Teslanın səhləri 20% dəyər itirib.
Tesla bu cür templə vəsait itkisinə davam etsə 2018-ci ilin sonuna kimi onun vəsait ehtiyyatı bitəcək. Buna səbəb nədir? Tesla bu cür vəsait itkisini Model 3 elektromobilinin istehsalat inkişafına və Model X ilə Model S-ə olan tələbatın qarşılanmasına xərclənən yüksək miqdarda vəsaitlərlə əlaqələndirir. Həmçinin istisna deyil ki, şirkət həmdə çoxlu sayda işçi səbəbilə də pul itirir. Belə ki, 2014-cü ildə şirkət komandası 3 dəfə, 2017-ci ildə isə 2 dəfə artmışdır. Bununla belə bir əməkdaşın əldə etdiyi gəlir eyni səviyyədə qalmışdır. Şirkətin təsisçisi Elon Musk şirkətin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına kimi maaş almayacaq. Lakin o əmindir ki, artıq növbəti rübdə Tesla şirkəti gəlirli olacaq.
General Motors-un keçmiş vitse-prezidenti Bob Lutç Tesla haqqında: “Bu cür xərclərlə onlar artıq 2018-də bazardan çıxmalı olacaqlar və bu templə 2019-a çata bilməyəcəklər. Onlara növbəti raud üçün yeni investisiyalar lazım olacaq”