BlockShow Europe 2018 konfransı çərçivəsində mütəxəssislər kriptovalyuta və blockchain-proyektlər üçün ən əlverişli ölkələrin siyahısını hazırlayıblar. Reytinqin tərtibatçıları Avropanın 48 ölkəsində kripto-sektor üçün əlverişli mühit amillilərini nəzərə alıblar. Bu zaman kriptovalyutalar, İCO, blockchain texnologiyaları ilə bağlı proqressiv tənzimləmə mexanizmi, siyasi-hüquqi aspektlər, vergiyə cəlb edilmə formaları və “Start-up”-larla bağlı hökumətlərin mütərəqqi mövqeyi amilləri əsas götürülüb.
Konfransın internet saytında dərc edilən məlumatlara görə İsveçrə 48 ölkə arasında lider oldu. İlk onluğa düşən ölkələr: Qibraltar, Malta, Böyük Britaniya, Danimarka, Almaniya, Portuqaliya, Hollandiya, Finlandiya və Belarus.
Kriptovalyutaların vergiyə cəlb olunma təcrübəsi:
Böyük Britaniya, Danimarka – “0” dərəcə ilə vergiyə cəlb edilir, Finlandiya – əlavə dəyər vergisindən azaddır, Almaniya və Portuqaliya – ümumiyyətlə vergiyə cəlb edilmir, Belarus – 2023-cü ilə qədər bütün vergilərdən azad edilib.
Elnur Quliyev / Crypto Consulting