Kriptovalyuta mayninq edən ilk elektrik velosiped

     Britaniyanın “50Cycles” şirkəti ilk dəfə olaraq kriptovalyuta mayninq edən elektrik velosiped icad edib. Bu barədə Coindais xəbər agentliyi məlumat yayıb. Toba adlandırılan bu elektrik velosiped xüsusi hazırlanmış LoyalCoin (LYL) tokenləri ilə işləyəcək. Velosiped sahibləri hər 1000 mil yürüş üçün 26.5 dollar mükafat alacaq. Mayninq prosesini smartfona quraşdırılmış xüsusi proqramla izləmək mümkün olacaq.

   loyalcoin_toba.jpg   “50Cycles”-in təsisçisi Scott Snaith: “Toba yalnız mayninq üçün ilk elektrik velosipedi deyil, həmçinin öz istifadəçilərinə mükafat verən ilk tokenləşdirilmiş məhsul olacaqdır. Bizim şirkət hər həmişə zamanın nəbzini tutaraq bir addım irəlidə olmağa çalışıb. Hələ 15 il əvvəl elektrikli velosipedlərin potensialını necə görmüşdüksə indi də blockchain texnologiyası, kriptovalyutalar və məhsulların tokenləşdirilməsinin potensialını görürük”.

    50Cycles İsveçrənin Loyaltycoin şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb və öz istifadəçilərini mükafatlandırmaq üçün loyalcoin (hazırda qiyməti 0.004 dollar) verəcək. Lakin gələckdə Toba velosipedlərinin öz kriptovalyuası olacaqdır. Toba velosipedlərinin ilk partiyası 2018-ci ilin payızında satışa çıxarılacaq və ən ucuz modelinin qiyməti 2250 dollardan başlayacaq.

 

Elnur Quliyev

Crypto Consulting

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma