İCO və Blockchain texnologiyasının biznesdə tətbiqi

  İyunun 28-i Blockchain Azərbaycan MəkəziAzərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə ilk dəfə olaraq “Blockchain texnologiyası və İCO-ların Azərbaycanda biznesə tətbiqi” mövzusunda konfrans keçirilib. Təbirdə blockchain texnologiyasının biznesdə tətbiqi imkanları, İCO bazarının mövcud durumu və onların biznesə investisiya cəlb etmə potensialları haqqında müzakirələr aparılıb. Tədbir Azərbaycan Sahibkarlar Konfederasiyasının ofisində – Akademik Həsən Əliyev küç. 57-də keçirilib. Tədbirin gündəliyinə bu linkdə baxa bilərsiniz.

      Tədbirin açılışını ASK-nın vitse-prezidenti Vüqar Zeynalov və BAM həmtəsisçisi Sabit Bağırov ediblər. Sənan Həsənov “Kriptovalyuta nədir və biznesdə ondan necə istifadə etmək olar?” suallarına aydınlıq gətirib. Crypto Consulting və Kriptoinvest.az-ın təsisçisi Elnur Quliyev isə yerli biznes qurumlarının nümayəndələri üçün ICO və Token-lərdən istifadə ilə bağlı geniş məlumat verib. Waves  platormasının Azərbaycan üzrə nümayəndəsi Orxan Əhmədov isə Waves  platforması və ondan  biznesdə istifadə  barədə təqdimat edib. Konfransda həmçinin Keepface  startapının təmsilçisi  Elşad Yusifli yeni layihələri olan KeepCoin haqqında məlumat verib.

Konfrans təqdimatlar ətrafında sual-cavab və müzakirələrlə davam edib. Daha ətraflı video linklər vasitəsi ilə tanış ola bilərsiniz.

36295429_10156301870786091_8729069606582353920_n

Leave a Reply