Saxta kriptovalyuta proyektlərinin sayı artır

   CoinopsyDeadCoins saytlarının 30 iyun tarixinə olan araşdırmalarına əsasən saxta kriptovalyuta proyektlərinin sayı artmaqdadır. Coinopsy gündəlik olaraq “saxta” və ya “ölü” tokenlərdə daxil olmaqla ümumi kriptovalyutalar icmalını dərc edir. İcmala əsasən “saxta” və ya “ölü” token anlayışı aşagıdakı xarakteristikalardan ən azı birinə uyğun gəldikdə nəzərdə tutulur: proyekt haqqında saxtakarlıq xəbərləri yayılıb, token haqqında sayt yenilənmir, token haqqında məlumatlar sosial şəbəkələrdə reklam və ya müzakirə edilmir, proyektin komandası vaxtından əvvəl proyekti tərk edir, proyekt İCO-da çox az vəsait cəlb edib və s.

Coinopsy-in məlumatına əsasən hazırda 260 “ölü” token/kriptovalyuta var. Bu siyahıda 2018-ci ilin yanvar ayında bağlanmış məşhur Bitconnect proyekti də var. TechCrunch bu proyekti “kriptovalyuta aləmində tarixin ən müvəffəqiyyətli piramidası” adlandırmışdı.

Deadcoins-in tərtib etidiyi oxşar siyahıya əsasən isə “ölü” token/kriptovalyutaların sayı 829-dur.

 

Elnur Quliyev

Crypto Consulting

 

Leave a Reply