Coinbase birjasından depozit xidməti

  002727  Amerikanın kriptovalyuta birjası olan Coinbase iyulun 2-si iri investorlar üçün nəzərdə tutulan Coinbase Custody xidmətinin təqdim etdi. Coinbase birjasının potensial müştəriləri məşhur kriptovalyuta şirkətləri, kripto-birjalar, İCO komandaları və hedj fondlar olacaq. Yeni depozit xidməti korporativ investorlarla bərabər iri məbləğdə investisiya etməyə hazır olan fiziki şəxslər üçün də keçərli olacaq. Bu xidmətin əsas məqsədi hedj fondlar və sertifikatlaşmış maliyyə qurumları üçün rəqəmsal valyutalara investisiyanı cazibədar etməkdir.

Coinbase həmçinin Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasının tələblərini yerinə yetirən kliriq şirkəti olan Electronic Transaction Clearing (ETC) ilə əməkdaşlıq edəcək.

      Birjanın Coinbase Custody instrumenti investorlar üçün “soyuq saxlanc” və broker-diler xidmətlərini təklif edir. Xidmət ilkin dövrdə yalnız Amerika və Avropa maliyyə qurumları üçün əlçatan olacaq. Lakin gələcəkdə Coinbase bu xidmətini Asiya bazarları üçün də genişləndirməyi planlaşdırır. Xidmət üçün minimal depozit məbləği 10 milyon, giriş üçün minimal hədd isə 100.000 dollar təşkil edir. Hazırda Coinbase Custody bitcoin, ether, litecoin və bitcoin cash-da olan investisiyaları dəstəkləyir. Coinbase yaxın gələcəkdə digər rəqəmsal aktivləri əlavə etməyi, eləcə də yeni növ depozit xidmətləri və daha sarfəli məxaric şərtləri əlavə etməyi planlaşdırır.

     Xatırladım ki, Coinbase SEC-in tələblərinə tam uyğun gəlmək üçün iyun ayında 3 broker şirkətini – Keystone Capital Corp, Venovate Marketplace və Digital Wealth LLC satın almışdı.

 

Elnur Quliyev

Crypto Consulting

Leave a Reply