Beş ölkənin vergi idarələri və hüquq-mühafizə xidmətləri “kriptovalyutalar üzrə vergi cinayətləri və kiber təhlükələrə qarşı birgə mübarizə” üçün alyans yaratdılar.
İyul ayının 2-si Amerika, Britaniya, Avstraliya, Kanada, Niderlandın vergi və tənzimləyici qurumları beynəlxalq səviyyədə vergi cinayətləri və çirkli pulların yuyulması ilə birgə mübarizə aparmaq üçün J5 – Joint Chiefs Global Tax Enforcemen yaradılması barədə elan etdilər. Yeni yaradılmış alyansın tərkibinə Avstraliya vergi və axtarış-əməliyyat komissiyası (ACİC), Kanadanın vergi agentliyi (CRA), Niderland maliyyə araşdırması xidməti (FİOD), Britaniyanın vergi və yığım xidməti (HMRC), ABŞ Federal vergi xidməti (IRS-CI) daxildir.
J5 mahiyyət etibarı ilə kriptosənaye üzrə “beynəlxalq vergi polisi” funksiyasını yerinə yetirəcək. J5 alyansı Beynəlxalq Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tövsiyyəsi əsasında yaradılmışdı. OECD vergi cinayətləri, o cümlədən kriptovalyuta sektorunda problemlərin həll edilməsi üçün aparıcı ölkələrin səylərini birləşdirməyi tövsiyyə etmişdi.
J5-in əsas məqsədi kriptovalyutaların istifadəsi ilə bağlı çirkli pulların yuyulması, vergidən yayınma və kibercinayətkarlıqla mübarizədir. J5 fərqli ölkələrin vergi qanunlarının imkanlarını inkişaf etdirməyə, əməliyyatların effektivliyini artırmağa və ofşor vergi cinayətkarlarını məsuliyyətə cəlb etməyə çalışacaq.
J5-in press relizi: “Biz əminik ki, vergidən yayınma və çirkli pulların yuyulması üçün istifadə olunan ofşor strukturlar və maliyyə alətləri ölkələrimizin iqtisadi və sosial maraqlarına ciddi zərər vurur. Biz kriptovalyutalar və kibercinayətkarlığın vergilərinin yığımında yaratdığı təhlükəni azaltmaq üçün yeni texnologiyanın maksimum effektiv istifadəsi üçün birgə işləyəcəyik”.
J5-in ilk toplantısı Monrealda keçirildi və ilk görüşdə iştirakçılar kibercinayətkarları izləmək imkanları və taktikalarını müzakirə ediblər. J5 2018-ci ilin sonuna qədər təşəbbüs planlarını dərc etməyi planlaşdırır.
IRS-CI rəhbəri Don Fort J5-in niyə məhz indi yaradılması barədə açıqlama verərkən demişdı: “Biz artıq əvvəlki kimi işləyə bilmərik, hansı ki, mütəşəkkil cinayətkar qruplar və vergi ödəməyənlər öz məqsədləri üçün hazırda sistemi monipulyasiya edirlər. J5 alyansı öz əlaqələndirilmiş praktik fəaliyyəti ilə gələcəkdə operativ qrup olmaqla beynəlxalq iqtisadi cinayətlərə qarşı öz təzyiqini göstərəcək”.
Kanada vergi xidmətinin (CRA) rəhbəri Johan Charbono: “J5 alyansının formalaşması dünya miqyaslı hökumətlərin çirkli pulların pulların yuyulması, maliyyə cinayətlərinin qarşısının alınması və kibercinayətkarlıqla mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığı inkişaf etdirmək üçün niyyətlərinin ciddiliyini göstərir. Operativ əməkdaşlıq sayəsində biz səmərəliyi daha da artıracayıq. Bizim ümumi səylərimiz və təcrübələrimiz qlobal cinayət sxemlərinin aşkarlanmasına və aradan qaldırılmasına yönəldiləcəkdir”.
Niderland fiksal xidmətinin rəhbəri Hans Van der Vlist: “J5-in unikallığı ondadır ki, ofşor vergi cinayətlərini və kibercinayətkarlığın qarşısının alınması məqsədi ilə ölkələr arasında birgə operativ əməliyyat əməkdaşlığı olacaqdır”.