Google: İnsanların 31%-i əmək haqqını kriptovalyutada almaq istəyir

  google-data-trends-analytics-ss-1920-2 Britaniyanın texnologiya şirkəti olan Sage, Google Survey ilə birlikdə apardıqları onlayn sorğunun nəticəsində məlum olub ki, sorğuda iştirak edənlərin 31%-i maaşlarını kriptovalyutada almaq istəyir. Sorğuda iştirak edənlərin 15%-i hazıırdır ki, onların bütün əmək haqqları kriptovalyutada olsun, 11%-i istəyir ki, maaşlarının 80%-ə qədəri kriptovalyutada olsun, 37%-i isə ümumiyyətlə maaşlarıının hər hansı bir hissəsinin kriptovalyutada olmağını istəyib.

    Kriptovalyutada əmək haqqı almaq arzusu demək olar ki, bütün yaş qruplarında müşahidə olunub. Nəticələrə əsasən 25-34 yaş arası (33%), 35-44 yaş arası (25%), 18-24 yaş arası (18%), 45-54 yaş arası (12%) insanlar kriptovalyutada ödənişləri qəbul etmək arzusunu göstəriblər. Kriptovalyutada əmək haqqı almaq istəyənlərin ən az faiz nisbəti (5%) 55 yaşdan 64 yaşa qədər olanlar arasında qeydə alınıb. Araşdırma həmçinin göstərdi ki, kriptovalyutalara inam baximindan kişilər qadınlara nisbətdə daha optimistdir: 75%-in 25%-ə. Həmçinin məlum olub ki, bitkoin sahiblərinin 90%-i kişilərdir.

      Sorğunun nəticələr göstərir ki, kriptovalyutalar artıq adi bir maliyyə alətinə çevrilib və insanların əksəriyyətinin gözündə kriptovalyutalar yalnız mal və ya qiymətli kağızlarla deyil, həm də müasir pulların yeni forması kimi görünür. Həmçinin sorğu iştirakçıları bitkoinin “maliyyə piramidası” olmadığına əmin olduqlarını, kriptovalyutaların praktiki üstünlüyə malik olduğunu və uzunmüddətli mövqedə qiymətlərin stabilləşəcəyinə inandıqlarını qeyd ediblər.

1_L9d6ylhkBWAfyErHUrlxrw

 

Elnur Quliyev

Leave a Reply