İran hakerləri ABŞ-a qarşı bitcoin-dən istifadə edir

   003291-1.jpg Accenture PLC şirkətinin hesabatına əsasən İran hakerlərinin təşkil etdikləri kiber hücumlar kompüter sistemlərini blok edir, şəhər xidmətlərinin işini pozurlar və bitkoinlə ödəniş tələb edirlər. Bu xəbəri Wall Street Journal dərc edib. Son iki il ərzində Accenture PLC-in kiber-kəşfiyyat bölməsi olan iNefense qrupu ödəniş tələb edən kiber proqramların (ransomware) hakerlər tərəfindən İranda yaradılmasını beş fərqli variantda izləyərək təsbit edib. Accenture PLC ekspertləri hesab edirlər ki, cinayət məqsədləri ilə istifadə olunan kiber proqramların istifadəsində kriminal aləmin və İranın dövlət qurumlarının hakerləri cəlb edilib. Hakerlər bu proqramlar vasitəsilə bitkoinlə ödəniş tələb edirlər. Bundan əlavə İranlı hakerlər intellektual mülkiyyətin oğurlanmasında da şübhəli bilinirlər. Symantec Corp və Palo Alto Networks Inc tərəfindən ötən ay yayımlanan hesabatlarda konfidensial məlumatların oğurlanması ilə bağlı iki əməliyyatın İran hakerləri ilə əlaqəli olduğu açıqlanıb.

Leave a Reply