Çin kriptovalyuta reytinqi: Avqust 2018

   Kitaya-manipuliruet-bitcoin-800x445-768x427-728x350  Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi (CCID) kriptovalyuta üzrə avqust ayı üçün rəsmi reytinqini açıqladı. İlk beşlikdə yer alan kriptovalyutalar: Ethereum, Eos, Komodo, Nebulas, Neo. Bitcoin bu reytinqdə 10-cu yerə qoyulub. CCİD-in qiymətləndirmə metodologiyası və əsas seçim meyarları hələ də dəqiq məlum deyil lakin verilən açıqlamalara görə reytinqdə əsas kriteriya kimi texnologiya və onun tətbiqi meyarları nəzərə alınır.

Avqust ayı üzrə reytinqdə maraqlı məqam odur ki, bu dəfə Komodo kriptovalyutası keçən aya nisbətən 9-cu yerdən 3-cü yerə qədər yüksəlib. Ola bilsin ki, Çin ekspertləri Komodo-nu yüksək səviyyədə məxfiliyi və əməliyyat təhlükəsizliyi təmin edən Delayed Proof of Work (dPoW) protokolunda işləməsini yüksək qiymətləndiriblər. Komodo olduqca iddialı bir layihədir və tam hüquqlu ekosistem yaratmaq niyyətindədir.

003418

     Xatırladım ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi kriptovalyutalar üzrə reytinqi 2018-ci ilin may ayından etibarən dərc etməyə başlayıb. Bununla da Çin, kriptovalyutaların rəsmi hökumət reytinqini dərc edən ilk ölkə oldu.

 

Elnur Quliyev

Leave a Reply