“Venture Beat” nəşri dünyada İnformasiya Texnologiyaları sahəsində böyük nüfuza sahib əfsanəvi proqramçıların siyahısını tərtib edib:
Tim Berners-Lee – 08.06.1955 Böyük Britaniyalı mühəndis, kompyuter mütəxəssisi və MIT professorudur. Ümumdünya Hörümçək Torunun (World Wide Web) banisi və dünyada ilk veb-saytın və ilk veb-brauzerin müəllifidir. Tim cəngavər tituluna layiq görülmüş yeganə proqramçııdır və hipermətnin ötürülməsi protokolunun (“HTTP”) yaradıcısıdır. 1999-cu ildə onun adı “Time” jurnalında dərc olunan “20-ci əsrin 100 ən görkəmli insanları” siyahısına daxil edilmişdir. Halhazırda World Wide Web (W3C) sədri, Southampton Üniversitetində kompüter elmləri professorudur.
Linus Torvalds – 28.12.1969 Finlandiyalı proqram təminatı mühəndisi. “Linux” açıq kodlu əməliyyat sistemini yaradıb. İndi məlumat mərkəzləri və superkompüterlər “Linux” əməliyyat sistemi ilə işləyir.
Donald Ervin Knuth – 10.01.1938 Amerikalı kompüter mütəxəssisi, alim, riyaziyyatçı və Stenford Universitetinin professorudur. 1974-cü ildə alqoritmlərin analizi və proqramlaşdırma dillərinin emalı sahəsinə verdiyi töhfəyə görə, xüsusilə də “Proqramlaşdırma sənəti” (The Art of Computer Programming) adlı məşhur kitablar toplusunu yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür.
Brendan Eich – 04.07.1961 Amerikalı proqramist, “JavaScript” proqramlaşdırma dilinin yaradıcısıdır. 1995-ci ildən Natescape-de, 1998-2014 illirdə isə Mozilla Corporation-də çalışıb. Hazırda Brave Software-də icraçı direktordu.
David Heinemeier Hansson – 15.10.1979 DHH kimi tanınan Danimarkalı haker, “Instiki wiki” proyektinin və “Ruby on Rails” dilinin yaradıcısıdır. 2005-ci ildə OSCON tərəfindən ilin hakeri (Hacker of the Year) elan edilib.
Richard Matthew Stallman – 16.03.1953 Amerikalı haker, azad proqram təminatı hərəkatının və “Copyleft” nəzəriyyəsinin banisidir. O, 1985-ci ilin oktyabr ayında Azad Proqram Təminatı Fondunun (Free Software Foundation) əsasını qoymuşdur.
James Gosling – 19.05.1955 Kanadalı kompüter elmləri üzrə fəlsəfə doktoru və “Java” proqramlaşdırma dilinin yaradıcısı, həmçinin NeWS və GoslingEmacs pəncərə sistemlərinin müəllifidir. O, proqramlaşdırma sahəsində səmərəli fəaliyyətinə görə 2007-ci ildə Kanadanın ən yüksək mülki mükafatı olan “Kanada Ordeni” ilə təltif olunub. SunMicrosystems şirkətinin vitseprezidenti olmuş James Gosling 2010-cu ildə vəzifəsindən istefa verərək Google şirkətinə keçmişdir.
Bjarne Stroustrup – 30.12.1950 Danimarkalı proqramçı və “C++” proqramlaşdırma dilini yaradıcısıdır.
Solomon Hykes – Docker texnologiyasının yaradıcısıdır.