Ripple Tokio Olimpiyadasının rəsmi valyutası ola bilər

     Ripple 2020-ci ildə  Yaponiyanın paytaxtı Tokioda keçiriləcək yay Olimpiya oyunlarının rəsmi valyutası ola bilər. Yaponiyalı Ken Takahashi Change.org saytında Ripple (XRP)-nın Olimpiya oyunlarının rəsmi valyuta olması üçün petisiya yerləşdirib. Ken Takahashi hesab edir ki, Tokionun bankları və valyuta dəyişmə məntəqələri oyunlar zamanı yerli valyutaya (yapon yeni) artan tələblə əlaqədar olaraq turist axının qarşının almaqda çətinlik çəkəcəklər. Ripple isə bu problemin aradan qaldırılmasında kömək edə bilər. Petisiya artıq 10 aydır başlayıb və 7500 imzadan 7028-ü artıq toplanıb. İmzaların sayı 7500-ə çatdıqda Ken Takahashi bu təklifini rəsmi olaraq Olimpiya Oyunlarının təşkilatçılarına təqdim etməyi planlaşdırır.

Petisiyada qeyd edilir: “Turistlərin axını ilə yerli valyutaya olan tələbat sürətlə artır və valyuta dəyişmə məntəqələrinin qarşısında uzun növbələr yaranır. Necə ki, bu hal Pekində (2008) və Rio de Janeyroda (2016) müşahidə olundu. Müxtəlif valyuta məzənnələri və dil maneələri də məsələni daha da çətinləşdirir”

     Olimpiya oyunlarına gələn insanların sayını nəzərə alınsa kriptovalyutanın tətbiqi daha effektiv nəticə verə bilər. Ripple tranzaksiyalarının yüksək sürəti və təhlükəsizliyi bir çox problemlərin həllində kömək ola bilər. Ripple bu məsələ ilə bağlı hələ ki, rəsmi münasibət bildirməyib lakin şirkətin Olimpiya oyunlarının qonaqlarına xidmət etmək üçün texniki imkanları var.

004133

 

Elnur Quliyev

Leave a Reply