ABŞ bazarı üçün VISA kriptovalyuta kartları

      Əvvəllər Monaco kimi tanınan Honkonq şirkəri olan Crypto.com ABŞ bazarı üçün yeni VİSA kartlara buraxacağı barədə planlarını açıqladı. Buraxılması planlaşdırılan Visa Crypto Card VİSA şəbəkəsi daxilində hesablaşmağa imkan yaradacaq lakin hazırda bu kartlar yalnız Sinqapur sakinləri yararlana bilir.

Crypto-com-Monaco-MCO-Showcases-Crypto-Visa-Card-ATM-Test-Via-Video-696x449      Crypto.com tərəfindən təklif olunan Visa debet kartları üçün aylıq və ya illik komissiya haqqı, bankomatlarda nağd pul çıxarılması və xarici əməliyyatlar zamanı ödənişlər üzrə komissyalar nəzərdə tutulmur. İlkin olaraq bu kartlar 5 kriptovalyutanı: Bitcoin, ETH, XRP, Binanace Coin və MCO dəstəkləyəcək. Zaman keçdikcə tələbə uyğun olaraq digər rəqəmsal valyutalar da əlavə ediləcək. Visa Crypto Card üzrə bütün tranzaksiyalar fiat pul formasında olacaq. Karta yüklənən rəqəmsal valyutalar əvvəlcə konvertasiya olunacaq və bundan sonra istifadəçilər Visa şəbəkəsində əməliyyatları normal şəkildə tamamlaya biləcəklər. Şirkət rəsmilərinin sözlərinə əsasən bu kartlar üçün bazarda tələbat olduqca yüksəkdir və artıq yüz mindən çox istifadəçi sifariş etmək üçün qeydiyyatdan keçib.

     Crypto.com-un icraçı direktoru Kris Marszalek: “Hazırda çox az sayda birja rəqəmsal aktivlərin fiat pul ilə məxaric edilməsini dəstəkləyir. Bəzən də olur ki, kriptovalyutanın birjanın cüzdanından məxaric edilməsi prosesi çətin başa gəlir. Məhz buna görə bizim məhsulumuz istifadəçilərin real ehtiyacını həll edəcək və bu da öz növbəsində rəqəmsal aktivlərə olan inamı artıracaq”.

      Xatırladım ki, hazırda Wirex, Cryptopay, WageCan Bitcoin Card, Xapo, Coinbase Shift Card kimi kriptovalyutalar üzrə debet kartları mövcuddur.

 

Elnur Quliyev

Leave a Reply