Zhao Dong: İndi bitcoin almaq üçün ən yaxşı vaxtıdır!

      Hazırda kriptovalyuta bazarındakı qiymətlərin enməsinə baxmayaraq Çinli milyarder və birjadan kənar treyder Zhao Dong hesab edir ki, yaxın üç ildə bitkoinin qiyməti 50.000 dollar olacaq. O hesab edir ki, kriptovalyutaya uzunmüddətli aktiv kimi baxmaq lazımdr və hazırda bitcoin almaq üçün ən yaxşı vaxtdır.

Zhao Dong: “Rəqəmsal aktivlərə investisiya imkanları ictimai marağın azalması zamanı daha çox yaranır. Eyni zamanda sürətli zəngin olmağa can atmaq olmaz və səbrli olub gözləməyi bacarmaq lazımdır. Ola bilsin bitcoin hələ bir az da dəyər itirsin lakin hesab edirəm ki, 2021-ci ilə qədər bitkoinin qiyməti 50.000-100.000 dollar aralığında olacaq. Odur ki, hər dəfə qiymətin endiyi zaman bitkoin alsanız yaxın 3 ildə sizi 100% və ya 200% mənfəət gözləyir”.

 

Elnur Quliyev

Leave a Reply