Yaponiyanın maliyyə tənzimləyicisi olan Maliyyə Xidmətləri Agentliyi (FSA) öz ölkəsində kriptovalyuta investorlarının maraqlarının qorunması məqsədi ilə İCO-ların keçirilməsi üzrə yeni qaydalar təqdim edəcək. Bu barədə yerli JİJİ Press agentliyi məlaumat yayıb.
Yeni qaydalara əsasən İCO keçirmək istəyən bütün şirkətlər FSA-da (Japan Financial Services Agency) qeydiyyatdan keçməlidir. Son bir il ərzində İCO sektorunda firildaqçılıq hallarının çoxalmasını nəzərə alaraq FSA bu sahədə tənzimləmələri gücləndirməyi qərara alıb. Agentlik həmçinin birjaların və ödəniş servislərinin işlmə mexanizmləri ilə bağlı qaydalara yenidən baxılması üçün yeni qanunvericilik aktlarını təqdim etməyi planlaşdırır. Bu qaydalar Yaponiya parlamentində 2019-cu ilin yanvar ayında müzakirə olunacaq.
Xatırladım ki, Autonomous Research şirkətinin apardığı tədqiqata əsasən 2017-ci ilin əvvəlindən başlayaraq İCO-lar üzrə 20 milyard dollar yığılıb. İCO proyektlərinin 50%-i yetərincə vəsait toplaya bilmədiyinə görə bağlanıb. İnvestorlar isə fırıldaqçı İCO-larda 100 milyon dollardan çox itirib.
Elnur Quliyev