OPEC haqqında maraqlı faktlar

opec-organization-of-petroleum-exporting-countries-1-638   Neft İxrac edən Ölkələr Birliyi və ya qısaca olaraq OPEC (The Organization of the Petroleum Exporting Countries) adlanan təşkilat neft ixrac edən və iqtisadiyyatı əsasən neftdən asılı olan ölkələr tərəfindən yaradılıb. Təşkilatın yaranmasının əsas səbəbi dünya neft bazarında yaranmış monopoliya idi. Belə ki, 1959-cu ildə dünya neft istehsalı və emalının əsas hissəsinə nəzarət edən 7 iri neft şirkəti – British Petroleum, Chevron, Exxon, Gulf, Mobil, Royal Dutch, Shell və Texxon-un xam neft qiymətlərinin aşağı salması OPEC-in yaradılmasına zəmin yaratdı. Buna görə də neft hasil edən olkələr OPEC adı altında qiymətlərin sabitləşməsi istiqamətində monopol güc formalaşdırdılar.

    OPEC qeyri-hökumət təşkilatıdır və 1960-cı ilin sentyabr ayında Bağdad konfransı zamanı yaradlıb. İlk üzvləri – İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela olub. Bu beş ölkəyə sonradan Qətər (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub.

OPEC-countries

OPEC-in əsas funksiyaları:

  • İştirakçı ölkələrin neft siyasətinin koordinasiyası;
  • Maraqların qorunması üçün effektiv və individual vasitələrin yaradılması;
  • Dünya neft qiymətlərinin sabit olaraq qalmasını təmin etmək;
  • Neft hasilatı və ixracı ilə bağlı kvotaların müəyyən edilməsi;
  • OPEC üzvü olmayan neft ixrac edən ölkələrlə əməkdaşlıq.

   OPEC təşkilatının yüksək orqanları direktorlar şurası və iştirakçı ölkələrin nazirlər konferensiyasıdır. Konferensiya  təşkilatın siyasətini yaradır, onun həyata keçirilməsi yollarını araşdırır və cari fəaliyyət üzrə vacib qərarlar qəbul edir. Konferensiya direktorlar şurasını yaradır, prezidenti və baş katibi seçir. OPEC-in mərkəzi qərargahı Vyanada yerləşir.

    Ekvador 1993, Qabon isə 1995-də illik iki milyon dollarlıq üzvlük haqqını verə bilməməsi və qoyulan kvota ilə razılaşmadıqları səbəbi ilə OPEC-dən çıxıb. İndoneziya isə 2007-ci ildə təşkilatı tərk edib. Xatırladım ki, Qətər 2019-cu ilin yanvarın 1-dən OPEC-dən çıxacağını elan edib.

   OPEC-in “neft səbəti”-də hər ölkə yalnız bir neft markası ilə təmsil olunur. Belə ki, Səudiyyə Ərəbistanı- Arab-light; İraq- Basrah light; Nigeriya- Bonny light; Liviya- Es Sider; Anqola- Girassol; İran- İran Heavy; Küveyt – Kuwait Export; Qatar- Marine; BƏƏ- Murban; Ekvador- Oriente; Əlcəzair- Saharah Blend markasına sahibdirlər.

     Neft və neft məhsullarının reallaşdığı bazarlar dünyanın aparıcı dövlətlərində yerləşən fond birjaları sayılır. Bu birjalar içərisində neft satışı ən çox üç əsas – Nyu-York, Nasdaq və London fond birjalarında həyata keçirilir. Birjalarda neft satışı zamanı qiymətlərin reallaşdırılması fyuçers sazişləri əsasında aparılır. Sazişin şərtlərinə əsasən neftin mübadiləsi real mala görə deyil, həmin malın mübadiləsi haqqında hüququn alınıb-satılmasıdır. Neftin qiymətləndirilməsi kotirovkalara əsaslanır. Hal-hazırda fond birjalarında Light, Sweet Crude Oil, IPE Brent Crude kimi neft kotirovkaları ən yüksək keyfiyyətli neft markaları sayılır. Buna “neft fyuçers kotirofkası” deyilir.

     İlk baxışda OPEC neft qiymətlərinin formalaşmasında çox məhdud rol oynayır. OPEC ölkələri digər neft ixracatçıları kimi spot bazarında istədikləri qiymət çərçivəsində resurslarını satmağa çalışır. Lakin bu fakt OPEC-in dünya bazarında neft qiymətlərinin formalaşmasındakı rolunu tam əhatə etmir. Təşkilat və onun dominant üzvü olan Səudiyyə Ərəbistanı istehsal kvotalarının həcmini artırıb azaldaraq neft qiymətlərinə təsir edir. OPEC bazarda təklif razılığını qorumaq şərti ilə istehsal kvotalarını formalaşdırır. Tələb-təklif çərçivəsində neft qiymətləri OPEC və bu təşkilatın üzvü olmayan ölkələrin bazara çıxardığı neftin həcmindən asılıdır.

Müəllif:  Elnur Quliyev

Leave a Reply