BDCenter şirkətinin apardığı tədqiqata əsasən məlum olub ki, kriptovalyutalar, onların qiymətləri və kripto-birjalar haqqında kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə verilən xəbələr arasında investorların ən çox üstün tutduqları mənbə YouTube olub. Kriptovalyuta birjalarında qeydiyyat üzrə statistikaya əsasən ən çox YouTube -da yerləşdirilən linklərindən keçidlər olub.
YouTube kriptovalyuta sektoru ilə maraqlanan insanların adətən daha çox istifadə etdiyi reddit, facebook, twitter kimi populyar sosial şəbəkələri arxada qoyub. Böyük ehtimal ki, buna səbəb vidolardakı referal linklərin video sahiblərinə gətirdiyi üstünlüklər olub. İnstaqram isə sosial şəbəklər içərisində ən sonuncu yeri tutub.