Azərbaycan manatı – əskinaslar və onların mənası

      Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu və 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu.

maxresdefault.jpg

     Yeni manatın dizaynı Avstriyanın “OeBS” şirkətinin dizayneri və avro əskinaslarının dizayn müsabiqəsinin qalibi Robert Kalina-ya məxsusdur. Hazırda istifadə etdiyimiz milli pul əskinaslarının mənaları ilə tanış olaq.

1 Manat – Mədəniyyət mövzusuna həsr olunub. Əskinas 120×70 mm ölçüdə çap olunub. Üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – Tar, Kamança və Dəfi-n qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları, Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilib.

111

5 Manat –  Yazı və ədəbiyyat mövzusuna həsr olunub. Əskinas 127×70 mm ölçüdə çap olunmuşdur. Üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça təsvir edilib. Arxa fonda Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilib, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey əlifbası, müasir yazımız göstərilib.

22440.400

10 Manat – Tarix mövzusuna həsr olunub. Əskinas 134×70 mm ölçüdə çap olunmuşdur. Üz tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilib. Arxa fonda Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları təsvir edilib.

10

20 Manat – Qarabağ mövzusuna həsr olunub. Əskinas 141×70 mm ölçüdə çap olunmuşdur. Üz tərəfində qüdrət nişanəsi – qılınc, dəbilqə, qalxan və Sülh rəmzi “Xarı Bülbül” təsvir olunub. Arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilib.

20

50 manat –  Təhsil və gələcək mövzusuna həsr olunub. Əskinas 148×70 mm ölçüdə çap olunmuşdur. Üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti pillələr, güc və işıq nişanəsi, günəş, elm rəmzi, kimyəvi və riyazi simvollar təsvir olunub. Arxa tərəfinində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycanın xalçalarının ornamentləri göstərilib.

50

100 Manat – İqtisadiyyat və inkişaf mövzusuna həsr olunub. Əskinas 155×70 mm ölçüdə çap olunmuşdur. Üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunub. Arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilib.

100.11.jpg

200 Manat – Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Əskinas 160×70 mm ölçüdə çap olub və 2018-ci ilin iyun ayından dövriyyəyə buraxılıb. Üz tərəfində Heydər Əliyev Mərkəzi təsvir olunub. Həmçinin Mərkəzi Bankın sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir. Əskinasın dizaynı ABŞ-ın “Crane Currency” şirkəti tərəfindən hazırlanıb.

s-l300

    Manatın mühafizə elementləri: Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər var.

   Yeni Azərbaycan manatının mühafizə sistemi xüsusi “mühafizə fəlsəfəsinə” uyğun İsveçrə Milli Bankı ilə əməkdaşlıq nəticəsində hazırlanıb. Belə ki, yeni nəsl əskinaslar 4 pilləli mühafizə sisteminə malikdir:

  • 1-ci dərəcəli – xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən
  • 2-ci dərəcəli – ticarət müəssisələri tərəfindən sadə cihazlarla
  • 3-cü dərəcəli – banklar tərəfindən xüsusi avadanlıqlarla
  • 4-cü dərəcəli – yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir.

  Əsas məqsəd əhali tərəfindən yeni əskinasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir.

     Xatırladım ki, üzərində Nizami Gəncəvi və Məmməd Əmin Rəsulzadənin rəsmləri təsvir olunmuş 500 və 1000 manatlıq əskinasların dizaynı xalçaçı rəssam Eldar Mikayılzadə-yə məxsusdur.

manat_kohne.png

Qeyd: 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat:10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. 1994-cü ildə manat ölkənin yeganə ödəniş vasitəsi elan olundu və bununla da Azərbaycan rubl zonasından çıxdı. 1994-cü ildə “Şirvanşahlar” kompleksinin təsvir olunduğu 10.000 manatlıq əskinaslar Almaniyada “Giesecke & Devrient”, 1996-cı ildə isə 50.000  və 2001-ci ildə isə 1000 manatlıq əskinaslar İngiltərənin “De La Rue şirkətləri tərəfindən çap edilmişdir.

 

Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma