Bosch və İOTA yeni elektrobus təqdim edəcək

     BoschİOTA yeni kiçik yerli elektrobus buraxmağı planlaşdırır. Hər bir elektrobus IoT (Internet of Things) şəbəkəsinə və internetə qoşulacaq, müxtəlif xidmət və əyləncə sistemləri ilə də təchiz olunub. Bosch yeni məhsulunu 2019-cu ilin yanvar ayında Las-Veqasda keçiriləcək Consumer Electronics Show sərgisində təqdim edəcək.

bosch_ces_iot_shuttle_bild_1-2-384x253Ümimi xarakteristika: Elektrobusun çağrılması xüsusi mobil tətbiq vasitəsilə həyata keçiriləcək və bundan sonra sistem ən yaxında olan elektrobusu və eyni zamanda oxşar marşrutları olan digər sərnişinləri tapır. Gəzinti zamanı sərnişinlər WiFi, sifariş xidmətləri, hava proqnozu və digər məlumat-əyləncə sistemlərindən istifadə edə biləcəklər. Ödəniş təyinat məntəqəsinə çatan zaman onlayn hesabdan silinəcək. Elektrobusun naviqasiya sistemi radar, video kameralar, hava və ultrasəs sensorlarından ibarətdir. Əsas alt-sistemlərdən biri olan “Bosch Road Signature” nəqliyyat vasitəsinin yerini hətta bir santimetr dəqiqliklə təyin etməyə imkan verir.

     Robert Bosch GmbH-in idarə heyətinin üzvü Markus Heyn qeyd edib ki, 2025-ci ilə elektrobusların sayı 2.5 milyon olacaq və gələcəkdə yolda olan hər bir vasitə Bosch-un rəqəmsal xidmətlərindən istifadə edəcək.

 

Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma