The Block kriptovalyuta birjalarının cüzdanlarını analiz edib və nəticədə məlum olub ki, birja hesablarında bitcoin və ethereum sayı 6%, tether (usdt) sayı isə 40% azalıb. Buna əsas səbəb kimi birjalarda ticarət dövriyyəsinin azalması göstərilir.
Hazırda kriptovalyuta birjalarının elektron cüzdanlarında 716.000 BTC (dövriyyədə olanların 4.1%-i), 7.000.000 ETH (dövriyyədə olanların 6.8%-i), 1.2 milyard USDT (63.5%) saxlanılır. BTC hesabları üzrə birjalar içərisində ən çox azalma Bitfinex, Kraken və Poloniex birjasında müşahidə olunub. Huobi-də isə əksinə artım olub.
ETH hesabları üzrə ən çox azalma Gemini, OKEx и Gate.io-da, Bittrex və Kraken-də isə artım müşahidə olub.
Birja hesablarında ən çox azalma USDT tokenləri üzrə olub. Buna əsas səbəb 2018-ci ilin oktyabr ayının sonu 500 mln USDT tokenin “yandırılması” və digər stabil koinlər olan USDC, Paxos, Gemini Dollar kimi koinlərin dövriyyə daxil olması olub.
Hazırda kriptovalyutalar üzrə ən çox vəsait Binance birjasının cüzdanlarında saxlanılır. 1.5 milyard dollarlıq BTC, ETH və USDT.
Elnur Quliyev