Charlie Shrem: Bitcoin müharibə zamanı ən etibarlı valyutadır

   Kriptovalyuta sektorunda tanınmış simalardan biri olan Charlie Shrem hesab edir ki, bitcoin hətta nüvə müharibəsi zamanı ən etibarlı valyutadır. Nüvə müharibəsi və ya təbii fəalkət zamanı banklar və kağız pullar yox olsalar da bitcoinlə bu baş verməyəcək.

10   Hazırda dünyanın müxtəlif ölkələrində 15000-dən çox nüvə başlıqlı raketlər istənilən an atışa hazır vəziyyətdə yerləşdirilib. Bir terrorçu və ya qaçaq düşmüş general tərəfindən partladılan bir nüvə raketi belə planetin çox hissəsini məhv edə biləcək dünya nüvə müharibəsinin başlanması üçün kifayətdir. Charlie Shrem qeyd edir ki, nüvə müharibəsi baş verərsə banklar fiziki məhv ediləcək – banklar və kompüterlər məhv edildikdən sonra onların balansları 0 olacaq.

     Charlie Shrem:”Banklar ilk nüvə bombaları partladığı gün işlərini dayandıracaq və heç kim bank və ya ATM-dən pul ala bilməyəcək. İnsanların bank hesablarındakı balansı faydasız olacaq. Bitcoin isə fiziki cəhətdən mövcud deyil və mərkəzləşdirililmiş şəbəkəsi yoxdur. Hətta nüvə mühariəsi zamanı dünya üzrə yayılmış bitcoin şəbəkəsi peyk internet vasitəsi ilə işləyə bilər.”

 

Leave a Reply