Nasdaq: Rəqəmsal aktivlər gələcəyin valyutası olacaq

       Dünyanın ikinci ən böyük fond birjası olan Nasdaq (National Association of Securities Dealers Automated Quotation) CEO-su Adena Friedman öz öz linkedin hesabında qeyd edib ki, rəqəmsal aktivlər gələcək qlobal maliyyə sisteminin formalaşmasında fəal iştirak edirlər. Adena Friedman:Kriptovalyuta bazarı öz inkişafında bir neçə mərhələdən keçib. Bitcoin və digər altcoinlər mövcudluqlarının ilkin mərhələsində ictimaiyyət tərəfindən mal və xidmətlərə görə ödənişin yeni forması ilə bağlı son dərəcə şübhə doğururdu. İndi də elə spektiklər var ki, kriptovalyutaların fiat pullarla rəqabət apara bilməyəcəyini iddia edənlər var. Lakin rəqəmsal aktivlər sübüt etdi ki, onları məhv etmək mümkün deyil və hazırda onların qlobal texnoloji inqilab etmək üçün real imkanları var. Rəqəmsal valyutaların kütləvi şəkildə tətbiqinə başlamazdan əvvəl ilk növbədə kriptovalyutalarla təhlükəsiz və şəffaf əməliyyatların aparılmasını təmin edən müvafiq qanunlar qəbul etmək lazımdır.”

3

Leave a Reply