Facebook, Instagram, WhatsApp və Messenger birləşəcək

   Facebook şirkəti Instagram, Whatsapp və Messenger tətbiqlərini bir platformada inteqrasiya etməyi planlaşdırır. Bu inteqrasiyanın əsas təşəbbüskarı Mark Zuckerberg-dir. Mark bu inteqrasiyanı Messenger chat xidməti, Instagram fotoşəkil paylaşma proqramı və WhatsApp mesaj şifrələmə tətbiqini əhatə edən Facebook ekosistemində istifadəçilərin əlaqəsini təmin etmək üçün bir vasitə kimi görür. Həmçinin bu qərarla Facebook gələcəkdə reklam gəlirlərini artırmaq niyyətindədir.

01

   Hər 3 tətbiq əvvəlki kimi ayrı-ayrılıqda müstəqil çalışacaq lakin onlar arasında əlaqələndirici infrastrukturda dəyişiklik ediləcək. Beləliklə Facebook istifadəçisi Messenger-dən çıxmayaraq Instagram və ya WhatsApp-dakı dostuna mesaj yaza biləcək. İnteqrasiya Facebook-a 3 fərqli tətbiqin identifikasiya (telefon nömrələri və e-poçt ünvanları) məlumatları əsasında istifadəçiləri daha yaxından tanımağa kömək edəcək. Verilən məlumata əsasən bu inteqrasiya prosesi 2020-ci ildə bitəcək. 2018-ci ildə məlumatların sızdırılması ilə bağlı bir sıra skandallardan sonra istifadəçilərin etibarını itirməsi nəzərə alaraq Facebook qrupu gələcəkdə əsas prioritet kimi təhlükəsizlik və məxfilik məsələlərinə daha çox diqqət etməyi planlaşdırır.

f8-2015-apps-mau-100575604-orig.png

 

Elnur Quliyev

 

Leave a Reply