Binance Visa və MasterCard ilə vəsait qəbul edir

    Dövriyyəsinə görə ən iri kriptovalyuta birjası olan Binance İsrailin prosesinq şirkəti olan Simplex ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bununla da istifadəçilər artıq Visa və MasterCard ilə birjadan kriptovalyuta ala biləcəklər. Hazırda Binance birjasında kartla BTC, ETH, LTC və XRP almaq mümkündür. Əməliyyat üzrə komissiya xərci minimum 10 dollar olmaqla 3.5% təşkil edir. Fiat pul ilə bu kriptovalyutaları aldıqdan sonra platformada təqdim edilən 151 adda digər kriptovalyutalara mübadilə etmək olar.

   Binance birjasının icraçı direktoru Changpeng Zhao: “Kriptovalyuta sektoru inkişafının erkən mərhələsindədir və dünya pullarının əksəriyyəti hələ də fiatdadır. Birjalarda fiat pullarla mədaxil və məxaric imkanlarının genişləndirilməsi kriptovalyuta istifadəçilərinin sayının artmasına və ümumilkdə ekosistemin inkişafina müsbət təsirini göstərəcək.”

2.jpg

      Xatırladım ki, Simplex 2014-cü ildə yaradılıb və əsas investorları Bitmain, Cumberland Mining, FundersClub şirkətləridir. Simlex 2018-ci ilin noyabr ayında KuCoin birjası ilə də kriptovalyutaların Visa və MasterCard kartları alınması üçün əməkdaşlıq müqaviləsi imzalamışdı.

 

Elnur Quliyev

 

 

Leave a Reply