Coin Dance: Bitcoin 115 ölkədə leqaldır

   Coin Dance portalı dünyanın müxtəlif ölkələrində Bitcoin-in qanuniliyi ilə bağlı araşdırma (Bitcoin Legality and Classification by Country) aparıb və məlum olub ki, ilk kriptovalyuta ən azı 115 ölkədə leqaldır. Analitiklərin araşdırmalarına əsasən hələ də bir çox ölkələrdə kriptovalyutaların hüquqi statusları müəyyən edilməyib lakin bununla belə bəzi ölkələr bitcoin və digər kriptovalyutaları qadağan edib. Bu ölkələr: Boliviya, Banqladeş, Makedoniya, Vyetnam, Əlcəzair, Əfqanıstan, Pakistan, Qatar.

image

     Tərtib edilmiş siyahıda Azərbaycan bitkoin-in leqal olduğu ölkə kimi göstərilib. Əlavə olaraq məlumat verilib ki, Azərbaycanda yeganə ödəniş vasitəsi manat olmasına baxmayaraq bitcoin alqı-satqısı qanunla qadağan edilməyib.

 

 

Elnur Quliyev

Leave a Reply