LİBOR nədir?

   LİBOR (London InterBank Offered Rate) dərəcəsi – London banklararası kredit bazarında iri banklar tərəfindən təklif olunan faiz dərəcələrinin orta göstəricisidir. Qısa desək, bir bank, başqa bir bank və ya maliyyə təşkilatından müəyyən müddətə borc almaq istədiyində istifadə edilən faiz nisbətidir. 1970-ci ildən sonra dünyada sayı getdikcə çoxalan banklar o vaxtlar faiz dərəcəsi swapları, valyuta opsiyonları və forward əməliyyatlar vasitəsilə ticarət edirdi. Banklar arasında artıq bir standartların tətbiqinin vaxtı çatmışdı. 1985-ci ildən Biritaniya bankları LİBOR dərəcəsini tətbiq etməyə başlayır.

04

     LİBOR Britaniya Bank Assosiasiyası (BBA) tərəfindən 10 valyutada (AUD, USD, CAD, NZD, EUR, JPY, GBP, DKK, SEK, СРА), həmin faiz dərəcəsinin indeksinə daxil olan bankların sorğusu əsasında banklararası kreditləşmə üçün ortaq faiz dərəcəsi müəyyən edilir. Nəticələr hər gün London vaxtı ilə 10:30-da Thomson Reuters agentliyi tərəfindən açıqlanır və bununla da banklar bir-birinə həmin valyutada hansı faiz dərəcəsi ilə borc verdiklərini xəbər verirlər. Bir qayda olaraq, Libor dərəcəsi bazarın borcdan aslılıq indikatoru kimi çixiş edir. Libor əsasən dəyişkən faiz dərəcəsi ilə kredit verilərkən baza faizi kimi istifadə olunur. Məsələn, LIBOR +3 o deməkdir ki, kredit LIBOR faizi üstəgəl 3% ilə geri ödəniləcək. Əgər LİBOR üzrə faiz dərəcəsi yüksəlirsə, deməli banklar bir-birinə kredit verməyə o qədər də maraqlı deyil. LIBOR dərəcəsinin əsas özəlliyi odur ki, o birjada deyil, banklararası bazarda müəyyənləşdirilməsidir. Hazırda ən çox istifadə edilən LIBOR dərəcəsi 3 aylıq Amerika dollarıdır.

    Libor-un əksi olan LIBID (London Interbank Bid Rate) mövcuddur. LIBID ilə London bankları vəsait cəlb edirlər. LIBID həmişə LİBOR-dan aşağı olur.

Müəllif:  Elnur Quliyev

Leave a Reply