Dünyanın ikinci ən böyük fond birjası olan Nasdaq (National Association of Securities Dealers Automated Quotation) fevralın 25-i bitcoin və ethereum üçün indeks təqdim etdi. İndekslər Bitcoin Liquid Index (BLX) və Ethereum Liquid Index (ELX) adlanır və onları Nasdaq Global Index Data ServiceSM (GIDS) platformasında izləmək mümkündür.
BLX və ELX Nasdaq birjasının partnyoru olan Brave New Coin tərəfindən təqdim edilib. Bu indekslər bir neçə kriptovalyuta birjasının BTC və ETH üzrə ortalama qiymətini verir ki, bu da treyderlərə fond birjasında mövqeləri açıb və ya bağlamağa imkan verir. Brave New Coin-dən olan mütəxəssislər onlar tərəfindən hazırlanmış indek üzrə hesablama metodunun Qiymətli Kağızlar üzrə Beynəlxalq Komissiyasının (IOSCO) prinsiplərinə uyğun olduğunu iddia edirlər.