İsveçrənin Julius Baer Bankı kriptovalyuta ilə işləyəcək

webp.net-resizeimage-74.jpg    İsveçrənin Julius Baer Bankı fevralın 26-sı öz müştərilərinə kriptovalyutalar üzrə xidmətləri təqdim edəcəyini elan etdi. Bunun üçün bank SEBA Crypto AG ilə partnyorluq müqaviləsi bağlayıb. Julius Baer SEBA platformasından istifadə etməklə öz müştərilərinə kriptovalyutalara çıxış imkanları yaradaraq onların rəqəmsal aktivlərə “artan tələbat”-ı təmin etmək niyyətindədir. Julius Baer Bankı ilə SEBA Crypto AG arasında partnyorluq müqaviləsi SEBA-nın bank əməliyyatları və qiymətli kağızlarla ticarət etmək üçün İsveçrənin maliyyə bazarlarına nəzarət orqanından (FİNMA) lisenziya aldıqdan sonra qüvvəyə minəcək.

   Julius Baer Bankının direktorlar şurasının üzvü Peter Gerlach: “Biz əminik ki, kriptovalyutalar investorların portfelində faydalı bir aktiv olacaq. Rəqəmsal aktivləri müştərilərimiz üçün əlçatan etmək istəyirik. Bu tənzimlənən mühitdə kriptovalyutalardan təhlükəsiz istifədə olacaq.”

 

 

 

Leave a Reply