Binance kriptovalyuta birjasının rəsmi cüzdanı olan Trust Wallet öz platformasında kredit kartları ilə kriptovalyuta alışı imkanının əlavə edildiyini elan etdi. Bu imkan Trust Wallet-in İsrailin Simplex şirkəti ilə partnyorluq müqaviləsi imzalamsı ilə mümkün olacaq. Bundan sonra Trust Wallet istifadəçiləri Visa və Mastercard kartlarından istifadə edərək XRP, BTC, BCH, LTC, ETH ala biləcəklər. Bundan əlavə kriptovalyuta cüzdanında Ripple (XRP) əlavə edilib.